Bu
günlərdə Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsində Orkestr alətləri
kafedrasının hesabat konserti dinlənildi. Dahi
Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin,
Arif Məlikovun, xarici bəstəkarlardan Pyotr
Çaykovski, Şubert və başqalarının
repertuarlarından zövqlə seçilmiş ölməz
bəstələr orkestr kollektivinin ifasında böyük
peşəkarlıq və yüksək musiqi həmahəngliyi ilə
tamaşaçılara təqdim olundu.
Konsertdən sonra çıxış edən universitetin
rektoru, akademik İsa Həbibbəyli belə
tədbirlərin istedadlı gənclərin aşkara
çıxarılması, onlarda peşəkarlıq, səhnə
mədəniyyəti formalaşdırmaq baxımından
əhəmiyyətindən danışdı. Orkestr alətləri
kafedrasının müdiri, Naxçıvan MR-in əməkdar
artisti Mübariz Əsgərovun səyi və çoxillik
təcrübəsinin nəticəsi kimi ərsəyə gələn, inkişaf
edən orkestrin hesabatını yüksək dəyərləndirdi.
Rektor bu yaxınlarda kafedrada Azərbaycan
Respublikasının xalq artisti Çingiz Axundovun
rəhbərliyi altında kamera orkestrinin fəaliyyətə
başlamasını da təqdirəlayiq hal olduğunu qeyd
etdi.
Kafedra müdiri Mübariz Əsgərov çıxış edərək
universitet rəhbərliyinə diqqət və qayğıya görə
dərin minnətdarlığını ifadə etdi, onlara
göstərilən etimadı daim doğruldacaqlarına söz
verdi.
Tədbirdə həmçinin kamera orkestrinin bədii
rəhbəri Çingiz Axundov, Bəstəkarlıq kafedrasının
müdiri Kamal Əhmədov və başqalarının da
fikirləri dinlənildi.
Nərmin CƏFƏROVA |