Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - ¹02

 

İnformasiya cəmiyyəti

"Feysbuk"un yaradıcısı Mark Sukerberq

 

"Feysbuk" istifadəçilərinin sayı 500 milyonu keçib

"Feysbuk"un yaradıcısı Mark Sukerberq 2010-cu ilin adamı seçildi 

Hərfi mənası "üz kitabı" olan "Feysbuk" insanların dostları ilə əlaqə saxlamasını və informasiya mübadiləsini təmin edən sosial şəbəkədir. Loqosunda əks olunduğu kimi, "Feysbuk" bizə əhatəmizdəki insanlarla ünsiyyət qurmaq və həyatımızdakı yenilikləri paylaşmaq imkanı verir. 

"Feysbuk"un tarixi 

Harvard Universitetinin ikinci kurs tələbəsi olan Mark Sukerberq 2003-cü il  oktyabrın 28-də universitetin ən yaraşıqlı oğlan və qızlarını seçmək üçün "Facemash" saytını yaratdı və sayta çoxlu sayda şəkillər və məlumatlar yüklədi.  Sukerberq buradakı özəl məlumatları və şəkilləri Harvard Universitetinin onlayn vəziyyətindəki şəbəkəsinə daxil olaraq götürüb. Bununla da o, Harvardın kompüter şəbəkəsinin mühafizə olunan sərhədlərini pozub və şəbəkə şifrələrini ələ keçirib. Aktiv olduğu 4 saat ərzində "Facemash"a 450 istifadəçi daxil olub və burada 22000 məlumat toplanıb. Sayt tezliklə universitetin digər kampuslarının tələbələri arasında da məşhurlaşsa da, az sonra universitet rəhbərliyi tərəfindən bağlanıldı. Sukerberq təhlükəsizlik qaydalarına riayət etməməkdə, şəxsi məlumatların toxunulmazlığı qaydalarını və müəlliflik hüquqlarını pozmaqda təqsirləndirilərək universitetdən xaric edildi.

Lakin Mark ruhdan düşməyərək bu layihəni genişləndirdi. Beləliklə, Mark Sukerberq Harvard tələbələrini virtual dünyada görüşdürmək üçün 2004-cü il fevralın 4-də "Feysbuk"u qurdu. Markın ideyasının əsas məqsədi dostları ilə daha sıx və asan əlaqə saxlamaq, hər an kimin nə işlə məşğul olduğunu öyrənmək idi.

İlk vaxtlar Mark sayta Roma imperatoru Oktavian Avqustun 500  şəklini yükləyərək, hər şəkil üçün şərh bölməsi ilə birgə bir səhifə əlavə etdi. Özünü doğrultmağa başlayan ideya artıq Boston ətrafındakı bütün məktəblərdə və ali təhsil müəssisələrində dəstəklənirdi. İki ildən sonra Amerika Birləşmiş Ştatlarındakı bütün məktəblər "Feysbuk"a qoşuldu. 11 sentyabr 2006-cı ildən etibarən "Feysbuk" bəzi yaş məhdudiyyətləri ilə bütün istifadəçilərin üzünə açıldı. İstifadəçilər təhsil aldıqları liseylər, iş yerləri, yaxud yaşadıqları yerlərə müvafiq olaraq qruplaşdırıldılar.

Bu gün "Feysbuk"un əsas məhsulları axtarış, informasiya və texnologiyadır. Hətta "Google" kimi məşhur axtarış sistemi ilə belə rəqabətə girməkdən çəkinməyən saytın illik gəliri 800 milyon dollar dəyərində hesablanır.

2005-ci ildə 200000 ABŞ dolları ödənilərək facebook.com domeni alındı. Hazırda saytın rəsmi İnternet ünvanı www.facebook.com-dur.

Əvvəllər Harvard Universitetindən sayta üzvlük məhdudlaşdırılsa da, qısa müddətdə bu, aradan qaldırıldı. Keçmiş tələbə yoldaşları Eduardo Saverin, Dastin Maskovitz, Kris Haqes və Endryu Makkolum tezliklə saytın inkişaf etdirilməsi üçün Sukerberqə qoşuldular.

2004-cü ilin yayında sahibkar Sean Parker vahid kompaniyada birləşmək və Sukerberqin prezident olması təklifi ilə çıxış etdi. Təklifi qəbul edən "Feysbuk" rəhbəri saytın əsas fəaliyyət mərkəzini Kaliforniyanın Palo Alto şəhərinə köçürdü.

2005-ci ilin sentyabrında "Feysbuk"un yeni versiyası istifadəyə verildi. Sukerberq yenidən ali məktəb şəbəkələrini "Feysbuk"a qoşulmağa dəvət etdi. O, "Apple" və "Microsoft" kimi nəhəng şirkətləri "Feysbuk"un üzvlüyünə qəbul edərək öz əhatə dairəsini daha da genişləndirdi. 2007-ci ilin 24 oktyabrında "Microsoft" şirkəti "Feysbuk"un səhmlərinin 1,6 faizini 240 milyon dollara aldığını elan etdi. Hesablamalara görə, "Feysbuk"un bundan sonrakı ümumi gəlirinin həcmi 15 milyard dollar olacaqdı. "Microsoft" həmçinin bu müqavilə ilə öz elanlarını "Feysbuk"da yerləşdirmək hüququnu da qazandı.

2008-ci ilin oktyabrında "Feysbuk"un beynəlxalq qərargahı İrlandiyanın Dublin şəhərinə köçürüldü. Bundan sonra "Feysbuk"un tarixi müsbətə doğru daha sürətlə dəyişməyə başladı. "Feysbuk" istifadəçilərinin sayındakı kəskin artım 2009-cu ildən müşahidə edilməyə başlandı. Həmin il məşhur saytlardan biri olan "Yahoo" "Feysbuk"la birbaşa əlaqə yaradılmasına imkan verdi.

2010-cu ilin noyabrında "Feysbuk"un sərvəti 41 milyard dollara çatdı. "Feysbuk" "Amazon" və "Google"dən sonra ABŞ-ın ən böyük III veb şəbəkəsi oldu. 2010-cu ilin hesablamalarına görə, insanlar "Google"dən daha çox "Feysbuk"a müraciət edirlər.

Saytın istifadəsi pulsuzdur. Sayt əsasən banner reklamlarından və sponsor qruplarından gəlir götürür.

İstifadəçilər profillərində şəkillər, maraqlar, gizli və ya aşkar mesajlar, dost qrupları yerləşdirə bilərlər. Statistikanın nəticələrinə görə, ABŞ-da universitet tələbələrinin 85 faizinin "Feysbuk"da hesabı var və onların 60 faizi hər gün ən azı 10 -15 dəqiqəni öz səhifələrini izləməklə keçirirlər.

"Feysbuk" istifadəçilərinin sayı 2010-cu ilin oktyabr ayında 500 milyonu keçib. Nəzərə alsaq ki, hər gün yeni qoşulan istifadəçilərin sayı artır, bu o deməkdir ki, "Feysbuk" hələ uzun illər öz liderliyini qoruyacaq. 

"Time" qəzetinin 2010-cu il açıqlamasına əsasən Mark Sukerberq "İlin Adamı" seçilib. 

Mübahisələr və tənqidlər 

"Feysbuk"un yaradılması bir çoxlarının ürəyincə olsa da, bəziləri tərəfindən bu sayt hələ də qəbul edilmir. Onun fəaliyyəti haqqındakı mübahisələr bu gün də davam etməkdədir. Çin, İran, Özbəkistan, Pakistan, Suriya və Banqladeş də daxil olmaqla bir neçə ölkədə saytın istifadəsinə qoyulmuş qadağa hələ də aradan qaldırılmayıb. "Feysbuk" üzvlərinin bəzilərinin dini ayrı-seçkilik və anti-islam mövqeyi belə məhdudiyyətlərin əsas səbəbidir. Lakin məsələ bununla bitmir. Belə ki, bir çox müəssisələrdə işçilər vaxtlarını səmərəsiz keçirməsin deyə həmin qurumlarda da "Feysbuk"a giriş ləğv edilib. 

Şirkət haqqında 

Qeyd etdiyimiz kimi, "Feysbuk"un əsas gəliri reklam xidmətlərindən daxil olur. "Microsoft" "Feysbuk"un reklam bannerində əsas əməkdaşıdır. Belə ki, adıçəkilən şirkətin əsas reklam tərəfdaşları sırasına "Feysbuk" da daxil edilib.

"Feysbuk" hər dəfə yeniliklər edərək böyük saytların reklam kampaniyaları üçün qiymət tariflərini aşağı salır. Müqayisə etsək, görərik ki, "Feysbuk"dakı qiymətlər ümumiyyətlə digər veb saytlara görə xeyli aşağıdır.

"Feysbuk"un 1400 nəfərdən çox işçisi və dünyanın 12 ölkəsində ofisi var. Şirkətdə Mark Sukerberq 24, "Accel Partners" 10, "Digital Sky Technologies" 10, Dustin Moskovitz 6, Eduardo Saverin 5, Sean Parker 4, Piter Thiel 3, Greylock Partners və Meritech Capital Partners 1-2, Microsoft 1.3, Li Ka-sinq 0.75, "The İnterpublic Group" 0.5, tərkibinə Matt Kohler, Cef Rotşild, Kaliforniya senatoru Barbara Boxer, Kris Haqes və hətta sayta əhəmiyyətli qoyuluşlar edən Reyd Hofman, Mark Pinkus kimi məşhurlar, əvvəllər işləyən işçilər də daxil olmaqla bir qrup insan isə təqribən 1 faiz  səhmə malikdir. Yerdə qalan 30 faiz səhm isə adları açıqlanmayan məşhurlar, xarici investorlar və digər işçilər tərəfindən alınıb. 

Funksiyaları 

"Feysbuk"un şəkillər və videolar bölməsində insanlar özlərinin, dostlarının maraqlı, əyləncəli anlarını, xatirələrini bölüşürlər. Video nümayişi xidməti istifadəçilərə həm özlərinin çəkdiyi, həm də digər saytlardakı videogörüntüləri paylaşmağa şərait yaradır. Lakin bəzi şəxsi, yaxud ailəvi məlumatların başqalarının əlinə keçməsinin qarşısının alınması məqsədilə "Feysbuk" rəhbərliyi tərəfindən özəl məxfilik tənzimləmələri sistemi yaradılıb. Hər kəs bundan istifadə edərək istədiyi məlumatı mühafizə edə və başqalarından gizlədə bilər. Hesablamalara görə, "Feysbuk"un bazasında 31 milyarddan çox şəkil mövcuddur.

"Feysbuk"da hədiyyələr bölməsi 2007-ci ildən fəaliyyətə başlayıb. İstifadəçilər bir-birinə kiçik ikonlar formasında olan hədiyyələr göndərə bilərlər. İstifadəçilər bu prosesi gizli, yaxud aşkar şəkildə həyata keçirməkdə sərbəstdirlər. Bu ikonlar Apple dizayneri Susan Kare tərəfindən hazırlanıb. İstifadəçilər arzularına uyğun olaraq "hədiyyələr" qutusunu profillərində göstərə bilərlər. İstifadəçilərə hesablarının açılmasıyla pulsuz bir hədiyyə haqqı verilir, bundan sonrakı hər hədiyyəyə görə 1 dollar ödəmək tələb olunur. Bunlarla yanaşı, istifadəçilər  Zachari Allia tərəfindən yaradılmış "Free Gifts" tətbiqetməsindən də istifadə edərək pulsuz hədiyyələr göndərə bilərlər.

2007-ci ilin mayından başlayaraq "Feysbuk" istifadəçilərinə Marketplace - bazar yeri adlanan tətbiqetmə ilə heç bir ödəniş etmədən öz əşyalarını, məhsullarını satmaq, yaxud kirayələmək imkanı verdi. İstifadəçilər satmaq istədikləri məhsulların şəkillərini və videolarını yerləşdirərək onları reklam edə bilərlər. Məlumata görə bu xidmətdən daha çox tələbələr istifadə edir. Onlar kirayə evlər, özlərinə birgə yaşamaq üçün yoldaşlar axtarıb tapır, eyni zamanda artıq istifadə etmədikləri kitabları satışa çıxarırlar.

"Pokes" adlanan bölmə isə istifadəçilərin dialoq qurmasına şərait yaradır. Bununla yanaşı, "Feysbuk"un eyni funksiyaları yerinə yetirən Xme və Superpoke kimi xidmətləri də vardır.

Fəaliyyət bölməsi istifadəçilər üçün hər hansı bir tədbirin planlanmasına, təşkilinə şərait yaradır. Hər hansı istifadəçi fəaliyyəti barədə öz lövhəsindəki məlumatı paylaşdığı zaman arzu etdiyi dostları onu izləyə bilərlər.

"Feysbuk"da 2007-ci ilə qədər 5500 tətbiqetmə qeydə alınıb. Günbəgün artan və daha maraqlı olan bu funksiyalar istifadəçilər üçün hər cür rahatlıq yaradır. Bəzi tətbiqetmələr ödənişli olsa da, onları əldə etmək bir o qədər də çətin deyil.

İlk vaxtlar sadəcə bir neçə dildə fəaliyyət göstərsə də, 2007-2008- ci ildən "Feysbuk" Azərbaycan, türk, Çin, alman, fransız, ispan, hind, ərəb, rus, Norveç, rumın, portuqal, macar, Koreya, yapon və başqa dillərdə istifadə olunmaqdadır.

İstifadəçilər şəkilləri, maraq listləri, əlaqə məlumatları və bir çox başqa şəxsi informasiyaları ilə bir yerdə öz profillərini yaratmaq imkanına malikdirlər. İstifadəçilər dostları və tanışları ilə əlaqə saxlaya, söhbət səhifəsində yazışa, həmçinin bəyəndikləri hər hansı bir qrupu yarada, mövcud qrupa qoşula və bəyəndikləri səhifələri öz siyahılarına əlavə edə bilərlər.

"Feysbuk" tez-tez "MySpace"lə müqayisə olunur. Lakin onların bir-birindən nə dərəcədə fərqli olması çoxlarına məlumdur. Aralarındakı əsas fərqlərdən biri "Feysbuk"un istifadəçidən kimliyini tələb etməsidir. "Feysbuk"un sadə mətn yazılışına icazə verməsi, istifadə olunan funksiyaların siyahısının əsas lövhədə göstərilməsi, "hədiyyə", "status", "şəkil və video" və digər bu kimi funksiyaların mövcudluğu onu digərlərindən fərqləndirir.

Bu gün dünyanın iPhone, Nokia kimi aparıcı telefon şirkətləri "Feysbuk"a olan sosial ehtiyacı vaxtında dəyərləndiriblər. Belə ki, həmin şirkətlər öz telefonlarında "Feysbuk"u dəstəkləyən müvafiq sistemlər quraşdırıblar. 

"Feysbuk"un siyasi təsir imkanları 

Amerikanın siyasi həyatında "Feysbuk"un rolu tədricən artmaqdadır. Sayta olan istifadəçi marağının nəticəsidir ki, "Feysbuk"da gedən məlumatlar ictimai rəyin formalaşmasına kifayət qədər təsir göstərir. "Feysbuk"da  müxtəlif debatlar  təşkil edilir, cəmiyyəti maraqlandıran məsələlərin müzakirəsinə yer verilir. Belə diskussiyalarda gənclərin aktivliyi deməyə əsas verir ki, "Feysbuk" qarşılıqlı olaraq fikirlərin çatdırılmasının və əlaqənin yeni yoludur.

Qeyd edək ki, ABŞ-da 2008-ci ildə keçirilən seçkilərə gənclərin cəlb edilməsi ilə bağlı təbliğat daha çox "Feysbuk"da aparılırdı. 2010-cu ildə Şimali Koreyanın rəsmi dövlət saytı "Feysbuk"a qoşulub. ABŞ-ın Mərkəzi Kəşfiyyat orqanının əməkdaşları 2010-cu ildən etibarən "Feysbuk" istifadəçiləri ilə terrorizm və əks-hücumlara qarşı əməkdaşlığa başlayıb. Bu gün bir çox cinayətlərin üstünün açılmasında "Feysbuk"un rolu danılmazdır.

Müasir zamanda fikir plüralizminin inkişafına təkan verən ən sivil üsullardan birinin "Feysbuk" olduğunu söyləyə bilərik. Müxtəlif problemlərin həllində saytın payının nə qədər olduğu demək mümkün olmasa da, ancaq yüz minlərlə insanı eyni mövzu ətrafında müzakirələrə qoşmaq "Feysbuk"un uğuru kimi qiymətləndirilməlidir. 

"Feysbuk"un zərərli tərəfləri 

İstifadəçilər "Feysbuk"da nə qədər maraqlı və əyləncəli vaxt keçirsələr də, saytın həm məlum olan, həm də aydın hiss edilməyən bir sıra zərərləri vardır. Yarandığı gündən insanlar arasında əlaqələri daha da sıxlaşdırmaq məqsədi daşıyan sistemin imkanlarından bu gün bir çox insanlar düzgün məqsədlər üçün istifadə etmirlər.

Ümumiyyətlə, İnternetdə vaxtın necə keçməsinin fərqində olmayan bir sıra insanlarda İnternet asılılığı yaranır. Hətta dünyanın bir çox ölkəsində xəstəxanalarda İnternetdən asılılıq diaqnozu ilə müalicə alan insanlara da təsadüf edilir. Bu mənada, istifadəçilərin böyük maraqla qarşıladıqları "Feysbuk"un xidmətləri də istisna deyil. Bu sosial şəbəkə bəzi insanların ailəsi, dostları, iş yoldaşları arasında münasibətlərinin soyumasına səbəb olur. Bu problem sadəcə münasibətlərin kəsilməsi, gündəlik həyatda birbaşa ünsiyyətin arxa plana keçməsi ilə nəticələnmir, eləcə də insanlar yazışaraq fikir bildirdikləri üçün artıq onlar danışmağa meyil etmir və daha çox qapalı olurlar.

"Feysbuk"da xüsusilə təhlükəli amillərdən biri də farmville və poker kimi oyunların oynanılmasıdır. Saytda poker oynayıb qazanan insanlar artıq bunu öyrəndiklərini zənn edib, həyatda da tətbiq etməyə və qumar oynamağa başlayırlar.

Məktəblilərin "Feysbuk"dan istifadəsinə xüsusilə ciddi nəzarət olunmalıdır. Belə ki, qeyri-etik məqsədlərlə "Feysbuk"a daxil olan istifadəçilərin müzakirələrindən, profillərinə qoyduqları şəkillərdən və yerləşdirdikləri videolardan uşaqları qorumaq olduqca vacib məsələlərdəndir.

Bütün bunlarla yanaşı, o da müəyyən olunub ki, "Feysbuk"dan ifrat dərəcədə istifadə olunması insanlarda stres hallarına gətirib çıxarır. Əksər xəstəliklərin yaranmasına səbəb olan stresdən uzaq olmaq istəyən insan "Feysbuk"dan zəruri həddə yararlanmalıdır.

Təəssüf ki, "Feysbuk" ailələrdən də zərərsiz ötüşmür. Onun vurduğu ən böyük zərər xəyanətdir. Araşdırmalara görə, Amerika və Avropada boşanmalara səbəb kimi daha çox "Feysbuk" göstərilir. Yeni tanışlıqlar, keçmiş sevgililər bəzən zəif iradəli insanları yanlış yola çəkə bilir. Bir sıra insanlar keyfiyyətdənsə kəmiyyətə üstünlük verərək daha çox "dost" qazanmaq üçün həyatda salam belə verməyə layiq olmayan şəxsləri dost siyahısına qəbul edirlər. Bu da gələcəkdə sağlam olmayan münasibətlərə zəmin yaradır.

Sonda qeyd edək ki, günümüzdə texnologiyadan, İnternetdən birdəfəlik imtina etmək demək olar ki, qeyri-mümkündür. Lakin İnternetdən hansı məqsədlə istifadə etmək hər kəsin öz seçimidir. Onu da unutmayaq ki, virtual dünyada dost axtarmaqdansa, ətrafımızdakı insanlara nəzər salsaq daha çox qazanarıq. 

Ceyran EYVAZZADƏ,
Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə şöbəsinin
məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov