Yanvarın 28-də Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin (BŞTİ) təşəbbüsü ilə "Təhsildə
İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya"
mövzusunda konfrans-sərgi keçiriləcəkdir.
BŞTİ-dən AzərTAc-a bildirmişlər ki, tədbirin
keçirilməsində məqsəd paytaxt məktəblərində
elektron tədris resurslarından, İnternet
texnologiyalarından tədris prosesində istifadəni
populyarlaşdırmaq, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaqdır.
Tədbirdə paytaxt məktəblərinin müəllim və
şagirdlərinin İKT sahəsində qazandıqları
bilikləri də nümayiş etdiriləcəkdir. |