2
nömrəli Bakı Peşə Liseyinin uğurları əvvəlki
illərlə müqayisədə xeyli artıb. Liseyin maddi
bazası ildən-ilə möhkəmlənib və inkişaf
etdirilib. Liseydə zəngin fənn kabinetləri və
laboratoriyalar fəaliyyət göstərir.
Liseydə 335 şagird təhsil alır. Onlar təmirçi,
çilingər-qaynaqçı, xarrat-dülgər, parket
ustası, elektrik montyoru, əməliyyatçı mühasib,
mühasib, fərdi kompüter operatoru ixtisaslarına
yiyələnirlər.
Liseyin direktoru Razim Mirzəyev bildirib ki,
şagirdlər seçdikləri ixtisasları dərindən
öyrənmək üçün xarrat-dülgər, təmirçi çilingər,
qaynaqçı, təmir, qaynaq, yığma işləri üzrə
fəaliyyət göstərən 4 emalatxanadan istifadə
edirlər. Həmçinin liseydə digər ixtisaslar üzrə
yaradılmış 3 fənn kabineti də müasir tələblərə
cavab verir.
İstehsalat təlimi ustalarından Çərkəz
İsgəndərov, Ədalət Kərimov və Nəzakət Məmmədova
təhsil ocağının bütün işlərində fəal iştirak
etməklə bərabər, öz peşələrinin sirlərini
şagirdlərə həvəslə öyrədirlər.
Şakir CƏFƏROV |
|