Uşaqlara psixoloji yardım göstərmək məqsədi ilə
Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinin ümumi rəhbərliyi altında
ötən ilin fevralından fəaliyyətə başlayan "Uşaq
Qaynar Xətti" xidmətinə indiyədək 638 müraciət
daxil olub. Müraciətlərin 166-sı uşaqlar, qalanı
isə valideyn və himayəçilər tərəfindən edilib.
Müraciətlərin 244-ü təhsil məsələləri, 195-i
psixoloji problemlər, 88-i sosial müavinətlər və
xidmətlər, 37-si hüquqi məsləhət yardımı, 32-si
səhiyyə sahəsi, 42-si isə digər məsələlərlə
bağlı olub.
Təhsil Nazirliyinin De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsindən aldığımız
məlumata görə, bütün müraciətlər araşdırılıb və
müvafiq tədbirlər görülüb.
Sorğu ilə müraciət edənlərə onları maraqlandıran
məsələlər barədə məlumatlar, psixoloji
problemlərlə bağlı isə müvafiq məsləhətlər
verilib və konsultasiya həyata keçirilib.
Y.ƏLİYEV |