Təhsil
naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq son illər Koreya ilə Azərbaycan
arasında yaradılmış əlaqələrdən və bu əlaqələrin
hər iki dövlət başçılarının səmimi münasibətləri
zəminində daha da inkişaf etdirilməsindən söz
açıb.
Təhsil sahəsində də səmərəli əməkdaşlığın
mövcudluğunu nəzərə çatdıran nazir onu da
vurğulayıb ki, hazırda "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində Koreya
Respublikasının universitetlərində 25-dən çox
azərbaycanlı gənc təhsil alır. Eyni zamanda
Misir Mərdanov Koreya dilinin ölkəmizdə
öyrənilməsi istiqamətində iş aparıldığını da
diqqətə çatdırıb.
Sonra Misir Mərdanov Azərbaycanda Peşə Tədris
Mərkəzinin yaradılması ilə əlaqədar görüləcək
işlərdən danışıb və bu məsələnin müsbət həll
olunacağına ümidvar olduğunu vurğulayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkür edən Koreya Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Li Ji-ha öncə ölkələrarası əlaqələrin
inkişafından, təhsil sahəsindəki səmərəli
əməkdaşlıqdan, Koreyada Azərbaycana olan
maraqdan bəhs edib və yeni Peşə Tədris
Mərkəzinin yaradılmasının bu əlaqələrə müsbət
təsir göstərəcəyini vurğulayıb. Səfir həmçinin
Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması
ilə bağlı ölkəmizdə səfərdə olan nümayəndə
heyətinin bu ayın sonunadək müvafiq istiqamətdə
araşdırmalar aparacağını, yekun olaraq Təhsil
Nazirliyində təqdimatla çıxış edilməsinin
nəzərdə tutulduğunu açıqlayıb və aidiyyəti
dövlət qurumları nümayəndələrinin həmin
təqdimatda iştirak etməsinin əhəmiyyətini
bildirib. Eyni zamanda Li Ji-ha Azərbaycanda
Peşə Tədris Mərkəzinin yaradılması işinə cari
ilin iyununda başlamaq niyyətində olduqlarını
nəzərə çatdırıb.
Misir Mərdanov Peşə Tədris Mərkəzinin
yaradılması ilə bağlı nümayəndə heyətinin
fəaliyyətinə uğurlar arzulayıb və bu işdə
nazirliyin müvafiq şöbəsinin onlara lazımi
köməklik göstərəcəyini qeyd edib.
Koreya İnsan Resursları İnkişafı Xidmətinin
layihə meneceri Jeong Jai Mun nəzərdə tutulan
layihə və planlaşdırılan işlər barədə məlumat
verib.
Görüşdə qeyd olunan mərkəzin fəaliyyətə
başlaması üçün müvafiq işlərin həyata
keçirilməsi ilə bağlı digər məsələlər ətrafında
söhbət aparılıb. |