Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - ¹01

 

Futbolçu qızlar Yeni ili uğurla qarşıladılar

 

"Azərbaycan Respublikasında Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)"-nın tələblərinə uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi, Bakı şəhərinin idman məktəblərində də çox mühüm  işlər həyata keçirilir. Bu münasibətlə daxili imkanlar hesabına yeni futbol idman qrupları açılmış, bu sahədə kadr potensialı gücləndirilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən idman məktəblərinə yeni idman qurğuları, lazımi avadanlıq verilmişdir.

Göstərilən diqqət və qayğının, məqsədyönlü tədbirlərin nəticəsində idman məktəblərində futbolun sürətli inkişafına, gənc futbolçuların peşəkarlığının artırılmasına nail olunmuşdur. Çox maraqlıdır ki, belə məktəblərdə futbol nəinki oğlanlar arasında, hətta qızlar arasında da geniş yayılmışdır.  Bunu ötən ilin son həftəsində 1994-1995-ci il təvəllüdlü qızlardan ibarət futbol komandaları arasında keçirilən Azərbaycan kuboku uğrunda futbol yarışı bir daha təsdiqlədi. Futbolçu qızlar yüksək texnika nümayiş etdirdilər. Zonalar üzrə finala vəsiqə almış Zaqatala və Bakı şəhəri 9 nömrəli uşaq-gənclər idman məktəblərinin qızlardan ibarət futbol komandaları Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda birinci və ikinci yerləri bölüşdülər. Daha çox hazırlıqlı Bakı şəhəri 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin qızlardan ibarət futbol komandası rəqibini 9:0 hesabı ilə məğlub edərək  ölkə kubokuna sahib oldu.

Sevincimizi qaliblərlə bölüşdük. Söhbət əsnasında idman məktəbinin direktoru Zabil Orucov qələbənin qazanılmasında məşqçi-müəllimlər Zamin Əsədullayevin və Xalidə Nəsibovanın əməyini xüsusi vurğuladı. O, qeyd etdi:  "1994-1995-ci il təvəllüdlü qızlardan ibarət futbol komandaları arasında dünya birinciliyi 2012-ci ildə Bakıda keçiriləcək. Birincilikdə qızlardan ibarət respublika yığması da iştirak edəcək. Məktəbimizin 6 nəfər yetirməsi bu komandada çıxış edir. Əminik ki, dünya birinciliyində də qələbə bizim olacaq".

Sizə yeni-yeni uğurlar arzulayırıq, futbolçu qızlar.  

R.TALIBOĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov