Azərbaycan müəllimləri və orta məktəb şagirdləri
"Xalq kompüteri" layihəsi çərçivəsində bir il
yarım ərzində 10000 kompüterə sahib olublar.
2010-cu
il dekabrın 24-də Azərbaycanda həyata keçirilən
"Xalq kompüteri" layihəsi çərçivəsində satılan
kompüterlərin sayı 10000-ə çatmışdır. HP ProBook
4510s noutbukunun sahibi Sumqayıt şəhər sakini,
27 nömrəli orta ümumtəhsil məktəbinin müəllimi
Xalidə İsgəndərova olmuşdur. Layihənin
tərəfdaşları ona 10000-ci kompüteri hədiyyə
olaraq vermək qərarına gəliblər.
Xatırladaq ki, "Xalq kompüteri" layihəsi HP və
Microsoft şirkətləri ilə birgə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil
Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından
həyata keçirilməyə başlanmışdır. Layihənin
operatoru BestComp Group şirkətidir. Sonralar
layihəyə İT sahəsində digər avadanlıq və xidmət
təchizatçıları da qoşuldular. Kompüterlərin
çatdırılması və ödənişlərin qəbulu "Azərpoçt"
MMC vasitəsilə həyata keçirilir.
"Xalq kompüteri" layihəsinin hazırkı
mərhələsinin əsas məqsədi orta ümumtəhsil
məktəblərinin və ali təhsil müəssisələrinin
müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət
müəssisələrinin işçilərinə güzəştli şərtlərlə
bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay
uzatmaqla kompüter əldə etmək imkanı
yaratmaqdır.
HP kompüterinin sahibi olmaq olduqca asandır:
- www.xalqkomp.az saytına daxil olmaq və
kompüterin modelini seçmək.
- Sonra saytda təqdim olunan müqaviləni çap
etmək və doldurmaq.
- Müqavilə təhsil müəssisəsinin direktoru
tərəfindən imzalanmalı və poçt vasitəsilə Təhsil
Nazirliyinin Təhsilin idarəolunması məlumat
sistemi şöbəsinə (yaxud Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı şöbəsinə) göndərilməlidir.
- BestComp Group şirkəti müqaviləni yoxlayandan
və təsdiq edəndən sonra müqavilənin surəti və
sifariş edilmiş kompüter alıcının ünvanına
göndərilir.
- Müqavilənin şərtlərinə uyğun olaraq kredit
üzrə ödəniş alıcı tərəfindən hər ay həyata
keçirilir.
Layihənin iştirakçıları əlavə mükafatların da
sahibi ola bilərlər: kompüterin məbləğini 3, 6
və 9 ay ərzində ödəyən şəxslər hədiyyə olaraq
çoxfunksiyalı HP printerləri və flash-kartlar
əldə edirlər.
Ətraflı məlumat layihənin
www.xalqkomp.az saytında verilir. |