Bakıdakı 46 nömrəli körpələr evi-uşaq bağçasının
müdiri Solmaz Verdiyevadan aldığımız məlumatda
bildirilir ki, ötən ildə əsaslı təmir olunan
müəssisəyə Təhsil Nazirliyi tərəfindən müxtəlif
adda vəsait verilib. Bütün bunlar 2011-ci
ildə tərbiyəçiləri daha yaxşı işləməyə
həvəsləndirib.
Bağçada 60 uşağın tərbiyəsi ilə altı tərbiyəçi
və bir musiqi müəllimi məşğul olur. Tərbiyəçi
müəllimlərin hər biri məşğul olduqları qruplarda
məşğələləri yüksək səviyyədə qurur və balacalara
əsl doğma ana qayğısı göstərirlər.
Tərbiyəçilərdən Validə Teymurova, Rəna
Ələsgərova, Nailə Məmmədova və başqaları
bağçada keçirilən tədbirlərdə fəal iştirak
edirlər.
Valideynlər burada yaradılan şəraitdən razılıq
edir, keçirilən tədbirlərdə fəallıq
göstərirlər.
Şakir CƏFƏROV |