Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Yanvar 2011 - ¹01

 

"Bakı" nəşriyyatı respublikada ilk distant peşə təhsili portalını (avel.edu.az) təqdim etdi

 

Dekabrın 27-də Təhsil Nazirliyində İnternet texnologiyaları əsasında yaradılmış Elektron Peşə Təhsili Sisteminin təqdimatı keçirildi.  Layihənin meneceri, "Bakı" nəşriyyatının direktoru, fizika-riyaziyyat elmləri namizədi Zaur İsayev əməkdaşımıza bu barədə məlumat verərək demişdir:

- Təqdim  etdiyimiz layihə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində hazırlanmışdır. Bu məqsədlə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Bakı" nəşriyyatı arasında 8 adda dərsliyin nəşri, çapı və eləcə də onların elektron versiyalarının hazırlanması barədə müqavilə imzalanmışdır.

Artıq həmin dərsliklər hazırlanmış və ilk peşə-ixtisas təhsili müəssisələrinə paylanılmışdır.

Müqaviləyə əsasən, biz  dərsliklərin elektron versiyasını İnternetdə yerləşdirməli idik. Lakin müqavilənin icrası istiqamətində görüləcək işləri planlaşdırmaq üçün dünyada analoji resursları təhlil etmək və peşə təhsilinin inkişaf istiqamətlərini müəyyənləşdirmək qərarına gəldik. Bununla bağlı Cənubi Koreya, İngiltərə, Rusiya Federasiyasında uyğun resurslarla tanış olduq. Təhsil Nazirliyinin  Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovla dəfələrlə keçirilən  müzakirələrdən sonra qərara gəldik ki, elektron resursların hazırlanması ilə kifayətlənmək olmaz.

Qarşımıza daha perspektivli və daha qlobal bir məqsəd qoyduq. Biz sadəcə elektron resursların hazırlanmasını deyil, bütün bu resursları özündə cəmləşdirən Distant Peşə Təhsili Sisteminin konsepsiyasını hazırlayıb onun texnoloji həllini təklif etdik.

Dünyada bu istiqamətdə gedən proseslər onu göstərir ki, müxtəlif ölkələr tez və ya gec distant təhsil sisteminə keçməlidir. İnternet texnologiyaları sürətlə inkişaf etdikcə və İnternet şəbəkəsi genişləndikcə təhsilin bu növünün imkanları da genişlənir. İnternet vasitəsilə distant təhsil təhsilin elə növüdür ki, tədris materiallarının çox böyük hissəsinin ötürülməsi və müəllimlə ünsiyyət əsas etibarilə, İnternet texnologiyalarından istifadə edilməklə həyata keçirilir. Respublikamızda bu sahədə gedən inkişafı nəzərə alaraq qarşımıza aşağıdakı məqsədləri qoyduq:

1. Azərbaycanda texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində şagird, tələbə və müxtəlif sosial təbəqələrin nümayəndələrinə İnternet texnologiyaları vasitəsilə distant (məsafədən) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq.

2. Əlavə peşə və qeyri-formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq.

3. İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq.

4. Ənənəvi üsullarla yanaşı, onlayn testləşdirmə vasitəsilə bilik və bacarıqları qiymətləndirmək.

5. Valideyn, müəllim və  məktəb rəhbərliyinin elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin vəziyyəti haqqında operativ məlumat əldə etməsi. Bazada saxlanılmış bu nəticələr gələcəkdə işəgötürənə namizəd haqqında ətraflı məlumat əldə etmək imkanı da verə bilər.

6. Distant Peşə Təhsili Sistemi üçün ilkin bazanı yaratmaq, vətəndaşların fasiləsiz və ömürboyu "məsafədən təhsilalma" imkanlarını genişləndirmək - açıq peşə təhsil sistemini formalaşdırmaq.

Bütün bunlar Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsi ilə birgə hazırladığımız strateji hədəflərdir. Əslində, bu məqsədlərə nail olmaq tək bir təşkilatın fəaliyyəti ilə mümkün deyil və bu istiqamətdə Təhsil Nazirliyinin müvafiq şöbələri müxtəlif yerli və xarici təşkilatlarla sistemli olaraq əməkdaşlıq edirlər. Biz isə, sadəcə olaraq, bu məqsədlərə çatmaq üçün ilk addımları atdıq və Distant Peşə Təhsili Sisteminin ilkin versiyasını İnternetdə yerləşdirdik. Bu sistem daim işləməli və təkmilləşdirilməlidir. Onu da qeyd edim ki, bu sistem dünyada mövcud olan müxtəlif platformalar əsasında deyil, öz proqramçılarımız tərəfindən hazırlanmış və müəlliflik hüququ "Bakı" nəşriyyatına məxsus olan proqram təminatı əsasında yaradılmışdır.

Hər bir platformanın öz üstün cəhətləri var. İşə başlamazdan qabaq çox platformalar öyrənilərək təhlil edilib. Bizim sistem həm peşə təhsili sisteminin iştirakçıları üçün xüsusi formal təhsil imkanları verir, həm də cəmiyyətin bütün üzvləri üçün açıqdır. Sistem peşə təhsilinin xüsusiyyətləri nəzərə alınmaqla yaradılmışdır.

Bu sistemdən istifadə imkanlarına görə təhsilalanlar dörd əsas qrupa ayrılıb:

1. Texniki peşə məktəblərində təhsil alan şagirdlər;

2. Bu və ya digər peşə ilə bağlı sistemləşdirilmiş biliklər əldə etmək istəyən, heç bir yaş məhdudiyyəti qoyulmayan, işdən ayrılmamaqla qeyri-formal təhsil və ya  əlavə peşə təhsili almaq istəyən şəxslər;

3. İxtisasartırmaya ehtiyacı olan şəxslər (mühəndis-pedaqoji heyət, işçilər və s.);

4. Gündəlik məişət işlərində sistemin məlumat bazasından yararlanmaq istəyən istənilən şəxslər.

Sistemin öz məlumat bazası vardır ki, bu bazada müxtəlif mətnlər, videomateriallar, trenajorlar, uyğun saytlara keçidlər və digər informasiyalar yerləşdirilmişdir.

Bazada müəllimlər,  yaxud da mütəxəssislər tərəfindən müxtəlif xarakterli məlumatlar yerləşdirilə bilər:

- respublika üzrə peşə təhsil ixtisasları;

- peşə təhsili müəssisələri bazası-onların ünvanları, direktoru, tədris olunan ixtisaslar,  qəbul planları, müəllimlər, qruplar və s.;

- müəllimlər bazası;

- şagirdlər bazası;

- elektron nəşrlər-kitabxana;

- elektron testlər;

- dərs cədvəlləri;

- elektron jurnallar;

- bildirişlər;

- elanlar;

- elektron məktublar;

- imtahan nəticələri

və s. Hər bir iştirakçının statusuna görə bu informasiyalardan istifadə etmək hüququ vardır. Elektron nəşrlərdən isə bütün istifadəçilər yararlana bilər.

Kitabxanada İnternet texnologiyalarına əsaslanan multimedia vəsaitləri, həmçinin mühazirələr, videodərslər, 3 ölçülü və adi trenajor kompleksləri, interaktiv tapşırıqlar, testlər, tematik müzakirələr və digər vəsaitlər yerləşdiriləcək.

Müəllimlər üçün xüsusi test konstruktoru yaradılmışdır ki, burada testləri yaratmaq üçün bütün imkanlar vardır. Testlər test konstruktorunda yaradılır. Bunun üçün testlərin mətnini, düstur və şəkilləri daxil etmək üçün xüsusi redaktor hazırlanmışdır.

Testlər sistemə fənlər və kitabdakı mövzular üzrə, testin növü, çətinlik  dərəcəsi, bir sözlə, müasir testologiya elminin bugünkü tələblərinə uyğun olaraq müxtəlif parametrlər nəzərə alınmaqla daxil edilir. Müəllim qiymətləndirmə növünə uyğun olaraq (diaqnostik, formativ, yaxud summativ) testləri müəyyənləşdirib onlayn imtahan keçirmək imkanına malikdir. Şagirdlər və kənar istifadəçilər isə istənilən fənn və mövzular üzrə özlərini sınamaq məqsədilə onlayn sınaq imtahanları verə və dərhal da onların nəticələri ilə tanış ola bilərlər. Bunun üçün heç bir texniki vasitə tələb olunmur. Sadəcə olaraq, İnternet şəbəkəsinə qoşulmuş kompüterin olması kifayətdir.

Verilmiş imtahanın nəticələri cədvəl və diaqramlar şəklində imtahan verənin bazasında saxlanılır. Müəllim və təhsilin idarə edilməsinə məsul şəxslər imtahan nəticələri əsasında onlayn monitorinq keçirə bilirlər. Keçmiş imtahanların məlumat bazasında saxlanılmış nəticələrinə görə isə təlim nəticələrinin dəyişmə dinamikasını əyani olaraq dərhal izləmək mümkündür. Bu dinamikanı bütün respublika, rayon, məktəb, qrup və hətta ayrı-ayrı şagirdlər üzrə də müşahidə etmək olar. Nəticədə daha çox diqqət yetirilməsi tələb olunan sahələri müəyyənləşdirib təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə istiqamətlənmiş tədbirlər planını hazırlamaq olar.

Multimedia və digər tədris vəsaitləri təcrid olunmuş halda deyil, digər tədris texnologiyaları ilə inteqrativ olaraq istifadə olunmalıdır. Müasir pedaqogikada pedaqoji məqsədlər taksonomiyası adlanan müxtəlif təhsil texnologiyaları mövcuddur. Onlardan ən məşhurları Blum, Kratvol, Maksimova və digər alimlərin modelləridir. Məsələn, Maksimova tədris materiallarının mənimsənilməsinin dörd səviyyəsini göstərir: öyrənmə, yadda saxlama, anlama və tətbiqetmə. Peşə təhsilində isə anlama və tətbiqetmə mərhələləri istehsalat təliminin vasitəsilə təkmilləşdirilir. Bizim təklif etdiyimiz elektron vəsaitlər yadda saxlama və anlama mərhələlərinin daha mükəmməl olaraq reallaşmasına xidmət edir. Təbii ki, bu vəsaitlər virtual olmayan maddi  məhsul istehsalına yönəlmiş  təlimi heç cür əvəz edə bilməz. Bu vəsaitlər nəzəri biliklərin daha dərindən mənimsənilməsinə və başa düşülməsinə xidmət edir.

Distant Peşə Təhsili Sistemi, ilk növbədə, aşağıdakı imkanları verə bilər:

- elektron nəşrlərdən istifadə etmək imkanı;

- peşə məktəbi şagirdləri və digər sosial təbəqələrin distant peşə təhsili almaq imkanı;

- İKT-nin tətbiqi ilə peşə təhsili müəssisəsində kadr hazırlığı səviyyəsini artırmaq imkanı;

- cəmiyyətin bütün üzvlərinin müxtəlif peşələrə aid məlumat - sorğu bazasından yararlanmaq imkanı;

- onlayn qiymətləndirmə və elektron monitorinq sistemi;

- açıq peşə təhsili sisteminin bazasının formalaşdırılması və nəhayət, hüquqi baza təmin olunarsa, distant  təhsil vasitəsilə  müvafiq diplom və sertifikatların verilməsi imkanı.

Biz hesab edirik ki, belə layihələr cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına xidmət edir. Təsadüfi deyil ki, dünyanın ən inkişaf etmiş ölkələri peşə təhsilinə çox əhəmiyyət verir. Bizim ölkəmizdə də son illər mühüm tədbirlər həyata keçirilir və təqdim olunan layihə  bu istiqamətdə atılmış addımlardandır. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov