· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
     1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

 

 

Balaqusar kəndinin şagirdləri dərs ilinə yeni binada başladılar

AzərTAc xəbər verir ki, sentyabrın 27-də Prezident İlham Əliyev Qusar rayonunun Balaqusar kənd orta məktəbinin yeni binası ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binasının qəza vəziyyətində olması burada tədris prosesinin normal təşkilinə imkan vermirdi. Bunu nəzərə alaraq, 2007-ci ildə Heydər Əliyev Fondunun sifarişi ilə 500 şagird yerlik yeni binanın tikintisinə başlanmış və o, 2008-ci ilin sentyabrında istifadəyə verilmişdir. 25 sinif otağından əlavə, məktəbdə geniş idman salonu, fənn kabinetləri, kompüter otağı, atıcılıq tiri, akt salonu, kitabxana var. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz olunmuşdur. 

 

Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi haqqında

 Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

Azərbaycan qadınlarının ölkənin inkişafında rolunu nəzərə alaraq elm, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə aşağıdakı qadınlar təltif edilsinlər:

 

"Şöhrət" ordeni ilə

 

Araslı Nüşabə Həmid qızı

Əliyeva Nurlana Müzəffər qızı

Qəhrəmanova Sədaqət Məmmədyar qızı

 

"Tərəqqi" medalı ilə

 

Əmiraslanova Lətifə Novruz qızı

Əsədullayeva Nailə Hamlet qızı

Hacalıyeva Rəfiqə Alı qızı

Hacıyeva Almaz Hümbət qızı

Həsənova Güləndam Mahmud qızı

Hüseynova Elmira Əsəd qızı

Hüseynova Rəna Nüsrəddin qızı

Xəlilova Firuzə Ərzixan qızı

İsrafilova Fatma Paşa qızı

Qasımova Solmaz Vəli qızı

Məmmədova Əzizə Eynulla qızı

Seyidova Rahilə Mikayıl qızı

Şahmalıyeva Sima Xanlar qızı

Yusifova Şəfiqə Mahmud qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 sentyabr 2008-ci il

 

  

Akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli məktəb-lisey ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Xaçmaz şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanımın məktəb-liseyin qarşısındakı abidəsi önünə gül dəstəsi qoydu. Müasir xarici görünüşü ilə seçilən 1176 şagird yerlik bu məktəb-lisey Prezidentin sərəncamı ilə 2007-ci ildə tikilmişdir. üçmərtəbəli binada 65 sinif otağı vardır. Şagirdlərin təlim-tərbiyəsi ilə 98 pedaqoq məşğul olur.

"Təhsil və karyera" sərgisi

"Avropa" mehmanxanasında Təhsil Nazirliyi və Sənaye və Ticarət Palatasının fəal dəstəyi ilə 2-ci Azərbaycan beynəlxalq "Təhsil və karyera" sərgisi keçirildi. Sərginin təşkilatçıları - İTECA Caspian və İTE Qroup PLC şirkətləridir. Tədbirdə təhsil naziri Misir Mərdanov, Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Karalin Braun, İTECA Caspian şirkətinin direktoru Fərid Məmmədov, ali və orta ixtisas məktəblərinin rəhbərləri və digər şəxslər iştirak edirdilər. "Təhsil və Karyera" sərgisini açıq elan edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, sərginin tədris ilinin əvvəlində keçirilməsinin məqsədi - gələcək  məktəb məzunlarına və tələbələrə faydalı məlumat və müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Həmçinin sərgi sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır.

Azərbaycan müəllimlərinin XIII qurultayı

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilmişdir. Qurultayda təhsil naziri Misir Mərdanovun hesabat məruzəsi dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur. Hesabat məruzəsinin mətni və qurultayın qəbul etdiyi sənədlər qəzetimizin ötən sayında dərc olunmuşdur. Aşağıda isə məruzə ətrafında çıxışların mətnlərini oxuculara təqdim edirik.

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin çıxışı

 

- Hörmətli qurultay nümayəndələri!

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri, Azərbaycan təhsilinin böyük hamisi Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə gəlib çata bilməzdi.

Dini və mədəni müxtəlifliyin tədrisi

Təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsi üçün innovativ metodlar və vasitələr

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Avropa Şurası ilə birgə "Dini və mədəni müxtəlifliyin tədrisi:təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsi üçün innovativ metodlar və vasitələr" mövzusunda seminar keçirmişdir.

İnstitutun rektoru, professor Asəf Zamanov seminarın işə başlaması münasibətilə iştirakçıları və qonaqları təbrik edərək, onlara uğurlar arzuladı. Asəf müəllim xatırlatdı ki, BMT Baş məclisinin qərarı ilə 2001-ci il sivilizasiyaların dialoqu ili elan olundu və bununla da mədəniyyətlərarası dialoq ideyası yeni mərhələyə qədəm qoydu. Bildiyimiz kimi, Avropa Şurası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə əməkdaşlıq Proqramı çərçivəsində "Cənubi Qafqaz ölkələrində və Ukraynada mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi" mövzusu üzrə layihə həyata keçirilir.