“Təhsil terminlərinin izahlı lüğəti” | |
Bakıdakı Libraff Kitab Mərkəzində Hüseyn Mirzəyev, Sevda Quliyeva və Sevinc Səfərovanın birgə hazırladıqları “Təhsil terminlərinin izahlı lüğəti” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq kitab haqqında danışıb, müəlliflərə uğurlar arzulayıb.
Sonra kitab müəlliflərindən biri, Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin Şirvan filialının direktoru Hüseyn Mirzəyev çıxış edərək bildirib ki, hazırlanmış lüğət əlifba sırası ilə verilmişdir. Burada ayrı-ayrı müəlliflərin əsərlərinə müraciət olunmur, açıqlamalar, şərhlər yığcam halda verilir.
Lüğətdə sözlərin izahı Azərbaycan dilinin normalarına uyğun olaraq anlaşıqlı, axıcı, orfoqrafik və üslubi baxımdan ən münasib formada, yığcam və sintaktik quruluşlu cümlələr vasitəsilə verilib.
Sonra tədbirdə filologiya elmləri doktoru Nəriman Seyidəliyev, professor İsmayıl Məmmədli, fəlsəfə doktorları Aytən Bəylərova, Təranə Şükürlü, Mehriban Əliyeva və başqaları “Təhsil terminlərinin izahlı lüğəti” kitabı haqqında fikirlərini söyləyiblər.
Sonda tədbir iştirakçılarına “Təhsil terminlərinin izahlı lüğəti” kitabı paylanıb.
Təqdimat diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV |
|
10.01.2020 | 12:32 | |
|
|
|