850 məktəbli hökumət tərəfindən qrant alacaq

Rusiya Federasiyası hökuməti riyaziyyat və informatika fənləri üzrə nailiyyətlərinə görə 125 min şagird üçün birdəfəlik qrantların alınması qaydalarını  təsdiqləyib. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, 2020-ci ildə  850 şagird hökumət qrantı  alacaq. Bu barədə Nazirlər Kabinetinin saytında yerləşdirilən qərarda bildirilir.

 

Qərara əsasən, riyaziyyat,informatika və rəqəmsal texnologiyalar sahəsində xüsusi qabiliyyət və yüksək nailiyyətlər göstərmiş ümumtəhsil  müəssisələrinin şagirdlərinə qrantların verilməsi və ödənilməsi qaydaları qüvvədədir.  Fərqlənmiş şagirdlərə qrant birdəfəlik 125 min rubl məbləğində ödəniləcək. 2020 - ci ildə 850, 2021 - ci ilə qədər 3550, 2022 - ci ilə qədər 13 500 təhsilalana bu cür qrantların  verilməsi nəzərdə tutulub.

 

Hökumət tərəfindən təsdiq edilmiş qaydalara əsasən, qrant alacaq iddiaçılar 18 yaşınadək olan, qrant ödənilməsindən əvvəlki tədris ilində ümumi  və ya tam orta təhsil almış şəxslərdir. Onların akademik nailiyyətləri qrant verilmə ilindən əvvəlki tədris ili ərzində əldə edilmiş  riyaziyyat, informatika və rəqəmsal texnologiyalar sahəsində keçirilmiş intellektual müsabiqələrin qalib və mükafatçılarının diplomları  ilə təsdiq olunmalıdır. İddiaçıların seçim meyarları arasında olimpiadaların və müsabiqələrin yekunları üzrə tutduqları yer,  onların səviyyəsi, həmçinin elmi - tədqiqat işlərinin və intellektual fəaliyyətin praktiki olaraq əhəmiyyətli nəticələri yer alıb.

 

Hökumət saytında bildirilir ki, qrantlar elektron formada dövlət və bələdiyyə xidmətlərinin vahid portalı vasitəsilə təqdim olunacaq.

 

Oruc MUSTAFAYEV



07.01.2020 | 11:04