"Tətil təhsilə fasilə vermək deyil" | |
Türkiyənin Milli Təhsil Nazirliyi 18-22 noyabr tətili günlərində təhsilalanların vaxtlarını daha səmərəli keçirməsini təşkil etmək məqsədilə ölkənin 81 vilayətində xüsusi tədbirlər planı hazırlayıb.
Nazirlik bu məqsədlə "aratatil.meb.gov.tr" internet səhifəsini istifadəyə verib. Səhifədə təhsilin ayrı-ayrı səviyyələri üzrə şagirdlər üçün tətil günləri ilə bağlı təkliflərin əks olunduğu fəaliyyət proqramı yer alıb. Türkiyənin milli təhsil naziri Ziya Selçuk özünün Twitter hesabından 18-22 noyabr tarixlərində davam edən 2019-2020 -ci tədris ilinin ilk aralıq tətil günləri ilə bağlı fikirlərini paylaşıb: "Ara tətili təhsilə verilmiş fasilə deyil. Bu bir həftə uşağın idmanla, incəsənətlə, təbiətlə, mədəniyyətimizlə, dəyərlərimizlə tanış olması üçün bir fürsətdir. Biz 81 vilayətin fəaliyyətinin siyahısını tərtib etdik. Tədrisə fasilə vermirik. Uşaqlarımızı həyatdan bəslənməyə, yaşamdan öyrənməyə göndəririk".
"Ailə günü" çərçivəsində şagirdlərin ana və ya atasının iş yerinə gedəcəyini bildirən Yusuf Böyük əlavə edib ki, uşaqlar, ata-analarının gördüyü iş, həmkarları, iş mühiti ilə tanış olacaq.
Tədbirlərin məktəbdən kənarda həyata keçiriləcəyini vurğulayan Yusuf Büyük əyalət milli təhsil müdirləri tərəfindən yaradılmış komissiyaların qeyri-hökumət təşkilatları, universitetlər, fondlar və sənaye təşkilatları ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərəcəyini bildirib.
Oruc MUSTAFAYEV |
|
15.11.2019 | 12:55 | |
|
|
|