Erkən yaşda kitab oxuma gələcəkdə uşağa kömək edəcək

Almaniyanın Bamberqa Universitetinin alimləri kitablarla erkən tanışlığın  uşaqların məktəbdə  inkişafına necə  təsir etdiyini müəyyən ediblər. Məlum olub ki, valideynlərin körpə yaşlarından kitab oxuduqları uşaqlar məktəbdə öz yaşıdlarından daha müvəffəqiyyətli oxuyurlar. Tədqiqatın nəticələri "School Effectiveness and School Improvement"  elmi  jurnalında dərc olunub.


Tədqiqatın müəlliflərindən, Bamberqa Universitetinin əməkdaşı Simona Lerlin sözlərinə görə, müşahidələrin nəticələri  bir daha təsdiq edib ki,  uşaqları kitablarla  tanış etmək onlara sürətlə oxumağı və danışmağı öyrətmək üçün nə qədər əhəmiyyətlidir.  "Dil bacarıqlarının erkən əldə edilməsi həm də  uşağın riyazi qabiliyyətlərini yaxşılaşdırır", – deyə  S. Lerlin bildirib. 


Alimlər demək olar ki, 10 il ərzində 200 uşağın həyatını müşahidə ediblər.  Tədqiqatın başlanğıcında onlar 3-5 yaşlı məktəb yaşına çatmamış uşaqlar  arasında test sınağı keçiriblər. Uşaqların  nə qədər yaxşı danışa  bilməsi, ən sadə məntiqi və riyazi məsələlərin öhdəsindən gələ bilmələri, oxu-yazı bacarıqları qiymətləndirilib.  Bundan başqa, alimlər onların valideynlərindən öz uşaqları ilə necə rəftar etmələri,  həmçinin  onlara hansı mövzuda  kitab  oxuyub-oxumadıqları  barədə danışmağı  xahiş ediblər.

 

Tədqiqata cəlb olunmuş  bütün uşaqlar,  elə ki,   12-13 yaşa çatıblar,  alimlər təkrar testlər  keçiriblər və yığılmış statistikanı müqayisə edərək eksperimentə yekun vurublar. Məlum olub  ki, kitabların birgə oxunması  kimi tamamilə adi bir şey  nəinki uşaqların yaxşı oxumalarına və yazmalarına, həm də məktəbdə onların istənilən növ irəliləyişinə güclü təsir göstərib.  


Məsələn, valideynləri ilə kitab oxuyan və onlarla birlikdə tez-tez sadə hesablama məsələlərini həll etməyə cəhd edən uşaqlar  məktəbdə öz həmyaşıdlarına nisbətən riyaziyyatın öyrənilməsində özlərini daha yaxşı göstəriblər.  Bundan əlavə, bu cür erkən təlimin verdiyi effekt bütün eksperiment dövrü ərzində  qorunub saxlanılıb.

 

"Sosial xidmətlər  valideyn və dayələri uşaqların təlimi ilə daha fəal məşğul olmağa, onlarla kitab oxumağa, mürəkkəb diskussiyalar aparmağa, oxunmuş kitabların müzakirəsini  təşkil etməyə, eləcə də müxtəlif riyazi məsələlərin həllinə inandırmalıdır.   Bütün bunlar uşaqlara daha sürətli oxumağı və hesablamanı  öyrənməyə kömək edəcək və gələcək həyatda onların müvəffəqiyyət əldə etməsinin bünövrəsini qoyacaq",-deyə S.Lerl bildirib.

 

 

Oruc MUSTAFAYEV

 



09.07.2019 | 09:50