Müəllimlər daha çox stress keçirir | |
Böyük Britaniyanın Milli Təhsil Tədqiqatları Fondunun (NFER) məlumatına görə, müəllimlər digər peşə sahiblərindən fərqli olaraq öz fəaliyyətləri ilə bağlı daha çox stress keçirirlər.
Tədqiqatın nəticələrinə istinad edən www.theguardian.com/education qeyd edir ki, müəllimlərin 20% -i işlə bağlı güclü əsəb gərginliyi keçirir, digər peşə sahibləri arasında isə müntəzəm stresdən şikayət edənlər cəmi 13% təşkil edir. Vəziyyətin bu cür şəkil alma səbəbləri arasında tədqiqatçılar təhsilalanların sayının artmasını, müəllimlik peşəsini tərk edənlərin sayının çoxalmasını göstərirlər. Sonuncu faktor müəllimlik fəaliyyətini davam etdirənlərin əlavə dərs saatları ilə yüklənməsi ilə müşayiət olunur.
NFER karyeranın erkən mərhələlərində müəllimlərin işdə saxlanması göstəricilərinin əhəmiyyətli dərəcədə azalması fonunda müəllim-stajorların çatışmazlığı probleminin həlli üçün təcili tədbirlər görməyə çağırıb.
Hesabatın həmmüəllifi Cek Uort qeyd edir ki, "İngiltərə məktəbləri kifayət sayda müəllimlərin işəqəbulu və işdə saxlanılması məsələsində ciddi problemlərlə rastlaşır. Müəllim karyerasını insanlar üçün daha cazibədar etmək üçün pedaqoqların iş şəraitinin yaxşılaşdırılmasına açıqca zərurət var".
Təhsil naziri Damian Xinds bildirib: " Bir il əvvəl mən nazir vəzifəsini tutanda qarşımda başlıca vəzifə kimi lazımsız və bürokratik yüklərin sayını azaltmağı qoydum. Diqqəti ona yönəltnək lazımdır ki, müəllimlər peşəyə dəftərxana vəzifələrini yerinə yetirməyə deyil, öyrətməyə gəlsinlər".
Oruc MUSTAFAYEV |
|
04.03.2019 | 16:45 | |
|
|
|