“Səndən öyrəndim” müsabiqəsinin qalibləri müəyyən olunub

Qeyd edək ki, “Məktəblinin dostu" layihəsinə daxil olan 31 məktəb “Səndən öyrəndim”  müsabiqəsi çərçivəsində videoçarx hazırlayıb.  Bu videoçarxlar müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirib.

Feysbuk sosial şəbəkəsi üzərindən ən çox baxış sayı toplayan və bəyənilən 10 videoçarx münsiflərə təqdim olunub və onların  qiymətləndirməsindən  sonra  üç  qalib seçilib. Birinci yer 139,  ikinci  yer  57  və   üçüncü  yer isə  158  nömrəli  məktəbə  verilib.

Tədbirdə iştirak edən qonaqlar “Məktəblinin dostu” layihəsinin fəaliyyətini yüksək dəyərləndiriblər. Çıxışçılar belə əhəmiyyətli müsabiqələrin məktəblilərdə müəllimlərə qarşı böyük sevgi aşıladığını vurğulayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

 



06.10.2017 | 11:08