Emin Əmrullayev: PISA çərçivəsində ətraf mühitin sağlamlığı ilə bağlı ölçmələr aparılmalıdır
PISA çərçivəsində ətraf mühitin sağlamlığı ilə bağlı ölçmələr aparılmalıdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumda çıxışı zamanı deyib.
 
Nazir qeyd edib ki, ətraf mühit sağlamlığı istiqamətində COP29 çərçivəsində görüləcək işlər barədə danışarkən qeyd edilməlidir ki, bir çox təhsil sistemlərində necə ki, təbiət elmləri və riyaziyyat fənlərində ölçmələr aparılır, eləcə də ətraf mühitin sağlamlığı istiqamətində ölçmələr aparılmalıdır. 
 
Onun sözlərinə görə, hər il məktəbi bitirən şagirdlərin heç də hamısı ali təhsilə gəlmir:
 
"Hamı ali təhsilə gəlməlidir fikri yoxdur. Ali təhsil təhsilin növbəti pilləsidir. Biz yalnız ali təhsilin keyfiyyətini artırmaqla, yaxud girişi bir az genişləndirib, çıxışı daraltmaqla və ya əksinə etməklə ali təhsilə marağı artıra bilərikmi? Bax, bu maraqlı müzakirə ola bilər".
 
 
Yetər KƏRİMLİ


04.10.2024 | 10:59