Tələbələr arasında turnir keçirilib

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilən birincilikdə  orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Onlar turnirin təqvim planına uyğun olaraq idmanın 5 növü - şahmat, dama, stolüstü tennis, voleybol və basketbol üzrə qüvvələrinin sınayıblar.

 

Oğlanların dama yarışında Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası birinci olub. Qızların mübarizəsində isə 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri fərqləniblər.

 

Oğlanların şahmat yarışında Bakı İdarəetmə və Texnologiya Kolleci, qızların mübarizəsində isə 1 nömrəli Bakı Tibb Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Rəşad ZİYADOV



01.11.2018 | 17:42