Məktəblər şagirdləri süni intellekt inqilabına hazırlamaq üçün kifayət qədər işlər görürmü? – Beynəlxalq araşdırma | |
Təhsil texnologiyaları şirkəti olan “GoStudent”in son hesabatına əsasən, Avropa ölkələri arasında rəqəmsal uçurum genişlənir. Qurum Avropanın 6 ölkəsində - Avstriya, Almaniya, Fransa, İspaniya, İtaliya və Böyük Britaniyada 10-16 yaş arası 5581 uşaq və onların valideynləri, həmçinin 60 müəllim arasında sorğu keçirib.
Rəqəmsal boşluğun aradan qaldırılması
Hesabat Avropadakı məktəblərdə İT resurslarındakı fərqləri üzə çıxarıb. Sənəddə qeyd olunur ki, Avstriya və Almaniyadakı məktəblərdə uşaqların 40 faizindən çoxu planşetdən istifadə etmək imkanına malik olduğu halda, Britaniyada bu rəqəm 38, İspaniyada 35, İtaliyada 25, Fransada 20 faizdir.
UNİCEF: “Texnologiya həm imkanlar, həm də problemlər yaradır”
Avropa İttifaqının ötənilki hesabatına əsasən, texnologiyaya girişdəki bu çətinlik, pandemiya ilə daha da pisləşən və xüsusən də elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində özünü qabarıq şəkildə göstərən müəllim çatışmazlığı ilə sıx bağlıdır.
Londonda keçirilən son Təhsil Texnologiyaları Konfransında bir neçə şirkət uşaqlara texnologiyaları öyrətməyə yönəlmiş məhsullar təqdim edib. Bəzi şirkətlər uşaqlara süni intellektin öyrədilməsinin vacibliyini bildiriblər. UNICEF -in rəsmi nümayəndəsi Frank van Kappel qeyd edir ki, süni intellekt texnologiyalarının fövqəladə hallarda olan uşaqları və rəsmi məktəb sisteminə daxil olmayan uşaqları dəstəkləyə bilməsini təmin etmək əsas prioritetlərdən biridir, onlar müəllimləri əvəz etməməli və hər kəs üçün əlçatan olmalıdır.
Oruc Mustafayev
|
|
08.04.2024 | 15:35 | |
|
|
|