Azərbaycan Müəllimlərinin XVI Qurultayının Qətnaməsi | |
Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan müəllimlərinin XVI Qurultayı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur, eləcə də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.
Qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunda təhsil sahəsində həyata keçirilmiş fəaliyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu, dövlət başçısının elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir.
Qurultay hesab edir ki, hesabat məruzəsində elm və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir.
Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir: - Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil infrastrukturunun yaradılması və tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi;
- təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması;
- gələcək süni intellekt və IV Sənaye İnqilabı dövrünün tələblərinə, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq, ümumi təhsildə fənlərin tədrisinə yeni yanaşmaların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, bununla əlaqədar dərsliklərin və dərs vəsaitlərinin məzmun baxımından təkmilləşdirilməsi;
- uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və müəllim heyətinin peşəkarlığının arıtılması;
- ölkədə ümumi təhsildə səriştəəsaslı məzmunun, nəticəyönlü idarəetmə və maliyyələşmənin tətbiqi, təmayüllərin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi nəticəsində təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə ölkənin nəticələrinin yüksəldilməsi;
- təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal bacarıqların aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqinin və STEAM-əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi vasitəsi ilə təhsilin keyfiyyətinin artırılması;
- əmək bazarının tələbələrinə uyğun olaraq, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması, peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması;
- ali təhsilin məzmununda əmək bazarının tələblərinin nəzərə alınması, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması ilə ali təhsilin əlçatanlığının artırılması, müasir təfəkkürlü gənclərin elmi araşdırmalara cəlb edilməsi, elm və təhsilin inteqrasiyası sahəsində tədbirlərin davam etdirilməsi;
- bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilininin təşkili mexanizminin yaradılması və tətbiqi;
- istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafına nail olunması;
|
|
16.12.2023 | 17:20 | |
|
|
|