Bakıda Türkiyə məzunlarının görüşü keçirilib | |
Sentyabrın 30-da Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib. İlk dəfə Azərbaycanda təşkil edilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, KKTC Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırım, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, Türkiyədə təhsil almış məzunlar iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını və böyük töhfələr verdiklərini vurğulayıb. Emin Əmrullayev gənclərin əksəriyyətinin qardaş ölkədə təhsil almağa üstünlük verdiyini qeyd edib və buna görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tədbirin təşkilinə görə təşəkkür edib.
Tədbirdə digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən danışıblar.
|
|
01.10.2023 | 16:57 | |
|
|
|