“Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar | |
Fevralın 22-də Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilib.
Sonra Maliyyə Nazirliyi Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov “Təhsil sektorunda OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunan istiqamətlərdə indiyədək görülmüş işlər, islahat tarixçəsi və onun əsas elementlərinə qısa nəzər salınıb, büdcə islahatının gedişində qarşıda duran əsas çağırış və növbəti addımlarla bağlı məqamlara toxunulub. Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə “Təhsil islahatları və OMXÇ-nin tətbiqində əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Nazirliyin nəticəəsaslı idarəetmə mexanizmlərinə keçid təcrübəsi, bu sahədəki nailiyyətlər və tətbiq edilmiş ölçmə indikatorları, strategiya və OMXÇ sənədlərinin uyğunlaşdırılması ehtiyacları, bilik və bacarıqların artırılması istiqamətində növbəti illərdə görüləcək işlərlə bağlı məsələlər təqdimatda öz əksini tapıb.
Dünya Bankının dövlət idarəetməsi üzrə böyük mütəxəssisi, “OMXÇ üzrə potensialın gücləndirilməsi” layihəsinin tapşırıq qrupunun rəhbəri Andj Ubelis “Azərbaycanda OMXÇ islahatları Dünya Bankının perspektivindən” mövzusunda təqdimatla çıxış edib.
Seminarda qeyd olunub ki, cari ildən pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid prosesinin tamamlanması və proqraməsaslı büdcənin təkmilləşdirilərək tam olaraq tətbiqi, eyni zamanda, islahat prosesinə digər sektorların da cəlb edilməsi nəzərdə tutulur.
Çıxışlar və təqdimatlardan sonra seminar sual-cavab və mövzu ətrafında müzakirələrlə davam etdirilib.
|
|
22.02.2023 | 16:57 | |
|
|
|