ADAU tələbələri Gürcüstanda təşkil olunan beynəlxalq konfransda | |
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) baytarlıq təbabəti fakültəsinin “Baytarlıq” ixtisasının (ingilis qrupu) V kurs tələbələri Gürcüstanda keçirilən beynəlxalq konfransda onlayn iştirak ediblər.
Müəllim Asəf Ömərovun rəhbərliyi ilə tələbələrdən Suada Nəcəfova, Dinarə Həsənzadə və Elvin Allahverdiyevin COVID-19 ilə bağlı apardıqları epidemioloji tədqiqatın nəticələrini özündə əks etdirən elmi tədqiqat işi (“Competitive study of the different vaccine effectiveness of COVID-19 infection”) Gürcüstanda təşkil olunan beynəlxalq (“International School-Conference in Medical and Health Sciences") konfransda yer alıb. Qeyd edək ki, ADAU-nun tarixində ilk dəfə olaraq tələbələr tərəfindən hazırlanan tədqiqat məqaləsi beynəlxalq tədbirə təqdim olunub.
|
|
14.12.2022 | 13:15 | |
|
|
|