İncəsənət muzeyində qeyri-adı sərgi

Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi açılıb.  Məktəblilərdə  təbiətə vurğunluq hissləri aşılayan belə bir sərgi ilk dəfə idi ki, muzeydə təşkil olunurdu. Maarifləndirici xarakter daşıyan bu tədbir  Mədəniyyət Nazirliyinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru  Çingiz Fərzəliyev  deyib ki, insanın zövqü, təbiətə vurğunluğu, gözəlliyə aşiqliyi   təqdim olunan  görüntülərdə tam əks olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva sərgi təşkilatçılarına təşəkkürünü bildirib:...Dövlət tərəfindən qəbul olunan strateji sənədlər bir daha onu göstərir ki, Azərbaycan yaşıl inkişaf istiqamətini seçib. Ölkəmizdə, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çox aktiv şəkildə yaşıllaşdırma işləri həyata keçirilir, minlərlə ağaclar əkilir”.

 

Tədbirdə iştirak edən qonaqlar-  Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, eləcə də UNİSEF-in Azrbaycandakı nümayəndəliyinin rəhbəri Aleks  Haykens    sərgidən  məmnun qaldıqlarını ifadə edərək bildiriblər ki,  bu sərgi öz  xarakteri, məzmunu  və təyinatı ilə sözün tam mənasında  nadir sərgilərdən biridir.

 

Daha sonra sərgiyə baxış keçirilib.

 

Sərgi oktyabrın 16-dək davam edəcək.

 

Sifai SƏFƏROVA

 



28.09.2022 | 12:28