Yeniyetmə və gənclərin Dendrari Parka ekskursiyası

Neft milyonçusu Murtuza Muxtarova  məxsus olan,1895-1920-ci illərdə salınan bu  parkda yer alan nadir flora və fauna nümunələri  bu gün də  təbiətə və onun möcüzələrinə hədsiz hörmət, ehtiram hissi ilə qorunub saxlanılır. Flora  növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyası  adlandırılır.

       

Bu günlərdə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli  təşkil etmək, onlarda təbiətin zəngin flora və faunasına məhəbbət hisslərini artırmaq məqsədilə Başı şəhər Gənclər  və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Dendrari Parka ekskursiya təşkil olunub. Parkın əməkdaşları söyləyiblər ki, buradakı bitki kolleksiyası özünəməxsus landşaft ansambldır və dünyanın ən zəngin park nümunələrindəndir.  Ekskursiya zamanı təşkil olunan əyləncəli və intellektual oyunlar, şahmat və dama yarışları iştirakçıların ürəyincə olub.

 

Sonda  fəal iştirakçılara diplomlar təqdim edilib.

 

Sifai SƏFƏROVA

 



14.09.2022 | 13:38