"İnkişafa aparan təhsil"

Avqustun 31- də   Təhsil  Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin Təsviri Sənət  Qalereyasında uşaq və gənclər arasında “İnkişafa aparan təhsil” mövzusunda rəngkarlıq müsabiqəsinin final-sərgi və təltifetmə mərhələsi keçirilib.

    

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun dəstəyi ilə keçirilən müsabiqəyə 7-17 yaş arasında olan respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar müəssisələrinin dərnək üzvləri qatılıblar. Müsabiqəyə təqdim olunmuş 17 təhsil müəssisəsinin 68 rəngkarlıq nümunələri 1 nömrəli  Uşaq- Gənclər İnkişaf  Mərkəzi və Təhsil İşçiləri Peşəkar İnkişafı İnstitutunun mütəxəssislərindən ibarət münsiflər heyəti  tərəfindən 7-9, 10-12,  13-17 yaş kateqoriyaları üzrə qiymətləndirilib.

  

Sonda  qaliblərə diplom və hədiyyələr verilib.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin şüurunda təhsilin yerini təsbit etmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, yaradıcılığın inkişafa yönəlmiş aspektlərini qabartmaqdan ibarət olub.

                                                

Sifai SƏFƏROVA



31.08.2018 | 17:17