“Məzun yarmarkası”na 241 şirkət tərəfindən vakant yerlər çıxarılıb | |
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 14-cü “Məzun yarmarkası” keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, başa vurmaqda olduğumuz tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb: “Bu, aqrar təhsilə marağın artmasının göstəricisidir. Sevindirici haldır ki, məzun yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Eyni zamanda, aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən- ilə genişlənir, bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsidir”.
Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər. Tədbir iştirakçıları “Məzun yarmarkası” çərçivəsində ADAU-nun nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, həmçinin universitetdə fəaliyyət göstərən laboratoriyalar, simulyator otaqları, barama yetişdirmə məntəqəsi, müasir emalatxana və tədris otaqları ilə tanış olublar.
|
|
02.06.2022 | 12:12 | |
|
|
|