İstedadlı atletlərin seçilməsi layihəsinə start verilib

Milli Olimpiya Komitəsi Azərbaycan Atletika Federasiyası ilə birgə  ölkə üzrə  istedadlı atletlərin  seçilməsi  layihəsinə başlayıb.

 

Atletika Federasiyasından verilən  məlumatda görə, Milli Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə reallaşan layihə çərçivəsində xüsusi ekspert qrupunun  beş  rayona səfəri planlaşdırılıb. Artıq ilkin olaraq İsmayıllı rayon 3 saylı məktəb-liseydə atletika üzrə üç müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları  uğurla  sınaqdan keçirilib.

 

50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə üç növün cəminə görə 10 qız və 10 oğlan, həmçinin hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblərə mükafatlar təqdim edilib.

 

Yarış başa çatdıqdan sonra ekspert qrupunun üzvləri İsmayıllı Rayon Olimpiya İdman Kompleksini ziyarət edib və  rayonda atletika idman növü ilə məşğul olan  yeniyetmə idmançıların  məşq prosesi ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, növbəti səfər Şamaxı rayonuna  planlaşdırılır.

 

Sifai Səfərova

 

 



22.04.2022 | 17:48