Süni intellekt ev tapşırıqlarını yoxlayır | |
Tədris tapşırıqlarının yoxlanması üçün yaradılmış Gradescope süni intellekt platforması 2.75 milyon dollar investisiya alıb. Bu, avtomatik qiymətləndirmənin inkişafını sürətləndirəcək.
Gradescope universitetlərin və orta məktəblərin yuxarı sinif müəllimlərinə təhsilalanların tədris tapşırıqlarının yoxlanmasına sərf etdiyi vaxtı və səyləri azaltmağı təklif edir. Platforma skanerdən çıxarılmış tapşırıqda şagirdin xəttini tanıyır və onu düzgün cavabla müqayisə edir. O, avtomatik qiymət qoyur və şərhləri yaradır: əsas səhvlər nəylə bağlıdır və onları hansı prinsip birləşdirir. İşlərin ümumi statistikası və ən əsası bütün sinfin səhvləri sayəsində müəllim dərhal anlaya bilər ki, təhsilalanlar hansı mövzuda geridə qalır və nələrə əlavə vaxtı həsr etməyə dəyər. Yaradıcıların sözlərinə görə, ötən il ərzində adıçəkilən platformadan 600 universitet, kollec və məktəb istifadə edib. 40 milyondan çox imtahan işi və ev tapşırığı yoxlamadan keçib. 2017-ci ilin sonunda “Gradescope” komandası süni intellektin köməyi ilə qiymətləndirmənin sürətini 10 dəfə artırmaq üçün ABŞ-ın Milli Elmi Fondunun qrantını alıb.
Oruc MUSTAFAYEV
|
|
12.08.2018 | 14:01 | |
|
|
|