Erməni faşizmi ilə bağlı məlumatlar davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır | |
Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi nümayiş olunub.
Milli Məclisin üzvü Arzu Nağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ülkər İmaməliyeva, tarix fakültəsinin doktorantı Nərgiz Kərimova çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Çıxışlarda erməni faşizmi, azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi qeyd olunub.
|
|
31.03.2022 | 17:29 | |
|
|
|