Xaricdə təhsil almaq üçün ən yaxşı ölkələr

Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hər il ən çox xarici tələbə cəlb edən ölkələr olduğunu göstərən tarixi meyillərə baxmayaraq, hazırda gənclər Asiyanın   perspektivli iqtisadiyyatı olan ölkələri xaricdə təhsil almaq üçün ən yaxşı ölkələr kimi qiymətləndirirlər.

 

ABŞ-ın “US News & World Report”  jurnalının  “2021-ci ilin ən yaxşı ölkələri” reytinqində dünyanın əcnəbi tələbələr üçün cəlbedici 78 ölkəsi yer alıb.  Reytinqin ilk 10-luğunda aşağıdakı ölkələr yer alıb:  1.Türkiyə,  2.Cənubi Koreya, 3.Birləşmiş Ərəb Əmirlikləri, 4.Misir, 5.İndoneziya, 6.Hindistan, 7.Katar, 8.Braziliya, 9.Səudiyyə Ərəbistanı, 10.Rusiya.

 

Azərbaycanın təhsil sistemi  reytinqdə 39-cu sıradadır. Ölkəmiz əcnəbi tələbələr üçün ən yaxşı ölkələr sıralamasında Qazaxıstan (41-ci yer),  ABŞ (42-ci yer),  Latviya (44),  Litva (46), Niderland (47), Belçika (48), Böyük Britaniya (52),  Avstraliya (55),  Serbiya (56), Özbəkistan (57), Kanada (59), Bolqarıstan (60),  Estoniya (61), Almaniya (67),  İsveçrə (68), Çexiya (70), İtaliya (71),  Danimarka (74),  Fransa (75), İsrail (77),  Avstriya (78)  kimi ölkələrdən irəlidədir.  Əlavə edək ki, ötən il ölkəmiz anoloji reytinqdə 78 ölkə arasında 61-ci olub.

 

Xaricdə təhsil almaq üçün ən yaxşı ölkələrin reytinqi qlobal sorğu əsasında tərtib olunub. Tədqiqat ölkələri  eyni dərəcəli beş atributun toplanmasının nəticələri əsasında sıralayır: mədəni cəhətdən zəngin, tələbə həyatı üçün əlverişli,  qonaqpərvər, mədəni məkanlara  malik olması, ölkədə universitetə qəbul imkanlarının yüksək olması  və keyfiyyətli təhsil verən ölkə kimi tanınması.   Reytinq  35 yaşa qədər  6500-dən çox yetkin insan arasında keçirilmiş sorğuya əsaslanır.

 

https://www.usnews.com/news/best-countries/best-countries-to-study-abroad

 

Oruc MUSTAFAYEV



30.04.2021 | 12:50