ADNSU-da onlayn Məzun-Karyera Sərgisi | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn formatda Məzun-Karyera Sərgisi keçiriləcək.
Sərgi iyunun 11-ə nəzərdə tutulub və bir sıra dövlət qurumları, şirkətlər sərgidə iştirak edəcəklərini artıq təsdiqləyiblər.
ADNSU-dan bildirilib ki, Məzun-Karyera Sərgisinin onlayn platforması üzərində iş tamamlanmaq üzrədir. İyunun 11-də təqdimat mərasimi keçirildikdən sonra ADNSU-nun tələbə və məzunları bu platformada şirkətlərin təqdim etdikləri vakant yerlərlə bağlı qeyd olunmuş elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.
İyun ayının 25-də isə sərginin nəticələri elan olunacaq. Bildirilib ki, platforma iyunun 25-dən sonra da aktiv olacaq və şirkətlərin vakant iş yerləri ilə bağlı informasiya yenilənəcək.
Qeyd edək ki, universitetdə belə sərgilər 4 ildir ki, ənənəvi olaraq ildə iki dəfə keçirilir. Sonuncu, 2019-cu ilin dekabr ayında keçirilən VII Məzun-Karyera Sərgisində 89 dövlət qurumu və özəl şirkət ADNSU-nun tələbə və məzunlarına 629 vakant iş yeri və 321 təcrübə yeri təklif etmişdi.
|
|
15.05.2020 | 15:30 | |
|
|
|