Millət vəkili Qənirə Paşayeva “Ustad dərsləri”ndə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU)  Quba filialında "Ustad dərsləri"nin növbəti qonağı  millət vəkili, Milli Məclisin  Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olub.

 

Onlayn keçirilən görüşdə filialın direktoru, dosent Yusif Alıyev Qənirə  Paşayevaya "Ustad dərsləri" layihəsi,  həmçinin filialda həyata keçirilən, dövləti, dövlətçiliyi, Prezident İlham Əliyevin ideya və çağırışlarını dəstəkləyən digər layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, mövcud pandemiya şəraitində həyata keçirilən belə layihələrin əsas məqsədi  Azərbaycanın gələcəyi olan gənclərin savadlı, vətənini, xalqını, dövlətini sevən əsl vətəndaşlar  kimi yetişdirilməsindən ibarətdir.

 

Millət vəkili Q. Paşayeva  Ulu öndər Heydər Əliyevin  siyasi fəaliyyətindən, onun gənclərə, qadınlara, təhsilə  göstərdiyi diqqət və qayğıdan danışıb.  Ulu öndərlə birlikdə qatıldığı xarici səfərlərdən, dövlət tədbirlərindən öz xatirələrini  tələbələrlə bölüşüb. Q.Paşayeva  müəllim və tələbələrin  suallarını da  cavablandırıb.

 

Məlumat üçün bildirək ki, "Ustad dərsləri" adlı layihə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib və  "Ümummilli lider Heydər Əliyev irsini öyrənirik" mövzusunda davamlı olaraq  keçirilir. 

 



14.05.2020 | 11:15