"Bizim planetimiz, bizim gələcəyimiz" | |
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), ABŞ Milli Okean və Atmosfer Administrasiyasının statistik məlumatlarının təhlilinə əsasən, son on il planetimizin tarixində ən isti dövr olub.
Bu gün iqlim dəyişikliyinin real təhlükəsi artıq hamı tərəfindən tanınıb və milyonlarla insan onun təsirini hiss edir. Dəniz səviyyəsinin yüksəlməsindən tutmuş, quraqlıq, daşqın və meşə yanğınları kimi ekstremal hava hadisələrinə qədər kataklizmlər real təhlükədir. Bundan əlavə, istixana qazlarının atmosferdə miqdarının artması və onun fəsadları gələcəkdə istiləşmənin qlobal yüksəlişini qaçılmaz edir.
29 aprel - 1 may tarixlərində 20 Nobel mükafatı laureatı, alimlər, biznes liderlər, siyasətçilər, gənc fəalların iştirak edəcəyi sammitdə bəşəriyyəti narahat edən məsələlər diqqətdə olacaq.
Nobel Fondu qeyd edir ki, sammit dünyanın ən ağıllı insanlarına iqlim dəyişikliyinin azaldılması və uyğunlaşmaq, eyni zamanda bərabərsizliyi azaltmaq, insanları yoxsulluqdan çıxartmaq , potensial zərərin qarşısını almaq və azaltmaq üçün təklif edə biləcəkləri ən yaxşı texnologiyalardan istifadə yollarını müəyyənləşdirən həll variantları üzərində işləməyə imkan verəcək.
Nobel Fondunun icraçı direktoru Lars Heikensten, Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutunun və Stokholm Dayanıqlılıq Mərkəzinin direktoru Johan Rockstrom və ABŞ Milli Elmlər Akademiyasının prezident Marsiya Maknutt tərəfindən sammit iştirakçılarına ünvanlanan müraciətdə bildirilir: "Əgər indi başlasaq, bu on il insanlarımız üçün daha enerjili, davamlı və ədalətli bir gələcəyə aparan dönüş nöqtəsi ola bilər". Oruc MUSTAFAYEV |
|
03.03.2020 | 11:47 | |
|
|
|