ADPU–ya qəbul olan dissertant və doktorantlara vəsiqələr verilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunan şəxslərlə görüş olub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsində həyata keçirilən islahatlardan, innovativ layihələrdən danışıb. Bildirib ki, əsas hədəf ADPU-nu regionun ən güclü universitetlərindən birinə çevirməkdir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov məlumat verib ki, müxtəlif ixtisaslar üzrə 15 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 6 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb və 2019-cu il dekabrın 29-dək sənəd qəbulu keçirilib. Onun sözlərinə görə , bu dövrdə komissiyaya 31 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 24, dissertanturaya 2, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd) qəbul edilib.
Bildirilib ki, imtahan və müsahibələrin nəticələri əsasında ADPU-ya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 7 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 4 nəfər qəbul olunub.
Görüşün sonunda doktorant və dissertantlara vəsiqələr təqdim olunub.
|
|
28.02.2020 | 13:09 | |
|
|
|