Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən nəşr | |
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folklorşünaslıq şöbəsinin 2003-2019-cu illər üzrə elmi nəticələrinin biblioqrafik göstəriciləri” kitabı işıq üzü görüb.
Kitabda 2003-cu ildən Folklorşünaslıq şöbəsində fəaliyyət göstərən əməkdaşların bu günədək nəşr olunan elmi əsərləri, monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunan məqalələri, bədii, publisistik nəşrləri, tərtib etdikləri vəsaitlər, eyni zamanda internet resurslarında dərc olunan yazıları, çap olunan antologiyaları illər üzrə geniş və əhatəli işıqlandırılıb.
Biblioqrafiyanın ən mühüm məziyyətlərindən biri dünyasını dəyişən və işdən ayrılan əməkdaşlarla bağlı məlumatların əksini tapmasıdır. Burada folklorşünas alimlərdən Məhərrəm Cəfərli, Rafiq Babayev, Yusif Səfərov, Aynur Cəlilova, Məhsəti İsmayıl və digərlərinin fəaliyyətləri də yer alıb. Məlumat üçün bildirilib ki, qeyd olunan illər ərzində şöbədə 20-yə yaxın əməkdaş fəaliyyət göstərib. Çalışdıqları müddətdə onların 58 kitab, monoqrafiya, antologiya, bədii əsəri, həmçinin 700-dən çox məqalə, konfrans materialı, tezis müxtəlif jurnallarda çap olunub.
Vəsait folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, bu sahənin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
|
|
27.02.2020 | 13:41 | |
|
|
|