ADNSU ilə “British Council” arasında əməkdaşlıq genişlənir | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council”-ın Azərbaycandakı ofisinin direktoru Samr Şahla görüşüb.
M.Babanlı universitetdə görülən işlərdən və “British Council” ilə birgə həyata keçirilən ingilis dili təlimlərindən danışıb.
ADNSU-BP və “British Council” ilə birgə həyata keçirilən təlimlərin nəticələrinin uğurlu olduğunu deyən rektor bu uğurları tərəflər arasındakı sıx əməkdaşlıqla əlaqələndirib və layihənin davamlı olmasını dəstəklədiyini deyib.
ADNSU ilə birgə uzunmüddətli əməkdaşlıqdan razı qaldığını deyən “British Council”-ın Azərbaycandakı ofisinin direktoru Samr Şah ADNSU müəllimlərinin dil səviyyəsindən və ingilis dili təlimlərinin nəticələrindən məmnun olduğunu diqqətə çatdırıb. Təlimlərin sonunda ADNSU-nun 12 müəlliminin “British Council” tərəfindən ekspert qismində seçildiyini vurğulayan S.Şah layihənin daha 3 il müddətində davam edəcəyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə ADNSU-da İngiltərəyə aid guşənin yaradılacağı da qeyd olunub. |
|
21.02.2020 | 16:22 | |
|
|
|