Şagirdlərin sağlamlığını qoruyan siniflər

Artıq altı ildir,  icrasına başlanılan  “Sağlam Təhsil-Sağlam Millət” layihəsi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik nəslin  yetişdirilməsi istiqamətində  əhəmiyyətli addımlar atır. 

 

Layihə 2014-cü ildə “Müəllim də mühəndisdir” devizi ilə fəaliyyətə başlayıb və mütəmadi olaraq monitorinqlər aparılıb, həmin nəticələr ictimaiyyətə təqdim edilib.

 

2013-2014-cü tədris ilində layihə çərçivəsində Bakı şəhərində təhsil alan 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilib və nəticələrin təhlili belədir:

 

 

  • İbtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problem var;
  •  
  • Yuxarı sinif şagirdlərinin 41%-də qamət problemləri aşkar edilib;
  •  
  • Oğlanlar arasında normal fiziki inkişafdan kənara çıxmalar olan uşaqların sayı birinci sinifdə 19% təşkil etdiyi halda, beşinci sinifdə bu göstərici 33%-ə, məktəbi bitirəndə isə 40%-ə çatır. Qızlarda eyni problemə oğlanlardan orta hesabla iki dəfə az rast gəlinir. 
  •  

Layihənin 2014-2018-ci illərdəki fəaliyyəti dövründə Təhsil İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə birgə aparılan monitorinqlər göstərir ki:

 

  • Ənənəvi sinif şagirdlərində 4 il müddətində qamət pozgunluğunda pisləşmədə 2  dəfə artım olub;
  •  
  • Sağlam təhsil siniflərində isə qamət pozğunluğunda artım halları müşahidə edilməyib;
  •  
  • Ənənəvi sinif şagirdlərində uzaqdan görmə itiliyində 4,2% yaxşılaşma olub;
  •  
  • Sağlam təhsil  sinifinin şagirdlərində uzaqdan görmə itiliyində 25% yaxşılaşma olub;
  •  

 

Qeyd edək ki, “Sağlam Təhsil-Sağlam Millət” layihəsi hal- hazırda 50 məktəbdə 244 sinifdə tətbiq edilir və 4000-dən artıq şagirdi əhatə edir.

 

Artıq  layihəyə aid sinif müəllimləri ilə deyil, həm də layihənin tətbiq edilmədiyi məktəblərin ibtidai sinif müəllimləri ilə də sinif gigiyenası, sağlam təhsilin prinsipləri, şagirdlərin sağlamlığının qorunması yolları istiqamətində təlimlər aparılır. Eyni zamanda, şagirdlərlə sağlam həyat tərzi, sağlam qidalanma, şəxsi gigiyena mövzusunda görüşlər keçirilir.

 

 Cari tədris ilində Bakı şəhərində 2000-ə yaxın müəllimin təlimləndirilməsi də planlaşdırılır.

 

 

Jalə ƏLİYEVA

 



20.02.2020 | 17:37