Məktəblərdə yanğınla bağlı maarifləndirmə | |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayonundakı Su Kanal İdarəsinin 7 nömrəli su nasos stansiyasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Xucubala kənd tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər 11 nömrəli tam orta məktəbində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar dinlənilib.
Sonra iştirakçılara yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri paylanıb.
Sifai SƏFƏROVA |
|
19.02.2020 | 17:17 | |
|
|
|