“Dirçəliş kuboku” intellektual turnirin qalibləri

Gənclər Fondunun dəstəyi ilə Qazax rayonunda  gənclər arasında keçirilən “Dirçəliş kuboku” intellektual turniri başa çatıb.

 

Yarışın sonuncu – üçüncü günündə 6 intellektual klub qüvvəsini sınayıb. Komandalar hər birində 3 kollektiv olmaqla, 2 yarımqrupa bölünüblər. Yarımqruplarda iştirakçılar “Bəlli” və “Sirli” raundlarının hər birində 5 mövzu daxilində yarışıblar. Turnirin yekun nəticələrinə görə, ən çox xal toplayan “Replicants” komandası “Dirçəliş kuboku”nu qazanıb. Digər müstəqil kollektiv “Panteon” II yeri tutub.  Qazax rayonu Çaylı kənd 1 nömrəli tam orta məktəbin “Diamond” komandası isə III pillədə qərarlaşıb.  Qalib komandalar diplom və medallara layiq görülüblər.

 

Qeyd  edək ki, layihəyə 175 gənc qatılıb. Onlar   ilk yarış günü “Nə? Harada? Nə zaman?” növbəti dəfə isə “Breyn Rinq” formatı üzrə mübarizə aparıblar. 

 

 

Sifai SƏFƏROVA



18.02.2020 | 18:50