BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək | |
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və qurumun digər nümayəndələri ilə görüşüb.
Protokola uyğun olaraq universitetdə "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi, gənc mütəxəssislər üçün "Universitetdən karyeraya uğurlu keçid" mövzusunda seminarların təşkili, universitet tərəfindən keçiriləcək Karyera həftəsində "AzerGold" QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə göndərilməsi həyata keçiriləcək. Görüşdə, həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, eləcə də universitet tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim - seminarın keçirilməsi barədə də ilkin razılıq əldə olunub.
|
|
18.02.2020 | 12:53 | |
|
|
|