“Mənalı ömrün izi ilə” | |
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Mənalı ömrün izi ilə” adlı tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri, müəllimlər və KİV əməkdaşları iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoyi Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salıb. Ulu öndərin nəsillərə örnək olan şərəfli həyat yolundan, milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışan Q.Novruzov Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları da çıxış ediblər.
Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik bacarığı, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Ulu öndərin daxili və xarici siyasəti nəticəsində ölkədə sabitlik yarandı.
Kollecin tələbələrinin ifasında ulu öndərə aid şeir söylənilib, mahnı oxunub, rəqs edilib və ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda qonaqlar tələbələrlə xatirə şəkli çəkdiriblər.
Şakir CƏFƏROV |
|
11.05.2018 | 17:33 | |
|
|
|