Müəllim, valideyn və şagirdlər bilik yarışında | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 12 nömrəli tam orta məktəbdə müəllim, valideyn və şagirdlərin iştirakı ilə bilik yarışı keçirilib.
“Hədəfimiz, amalımız eynidir” adlı bilik yarışında IX-XI sinif şagirdləri, müəllim və valideynlərdən ibarət komandalar yarışıb.
Bilik yarışının keçirilməsində məqsəd müəllim, şagird, valideyn münasibətlərini inkişaf etdirmək, şagirdlər arasında rəqabəti gücləndirmək, məktəblilərin intellektual səviyyəsini artırmaq, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.
Ümumilikdə 3 turdan ibarət və 90 dəqiqə davam edən bilik yarışında “Hədəf”, “Uğur”, “Zirvə” və “Zəfər” komandaları mübarizə aparıblar.
Yarışın nəticəsinə əsasən “Zirvə” komandası məktəb rəhbərliyi və pedaqoji kollektivin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qalib seçilib.
Qalib komandaya diplom, hədiyyələr və kubok təqdim edilib.
|
|
17.02.2020 | 17:30 | |
|
|
|