Avropa kuboku turnirində 9 medal

İspaniyanın Fuenxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub.

 

23 ölkədən 500 cüdoçunun mübarizə apardığı  beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal qazandırıb.  Oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun turnirinin qızıl medalına layiq görülüb. Komandanın digər üzvü Əlirza Şıxəlizadə (81 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medalla mükafatlandırılıb.

  

Azərbaycan cüdoçuları turnirdə, ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə  I yeri, ümumu komanda hesabında isə II yeri qazanıb.

 

Sifai  SƏFƏROVA



17.02.2020 | 18:00