Yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan gənc fiziklərin yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib.

 

IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi I mərhələdə məktəblilər 2 akademik saat ərzində ümumi təhsil müəssisələrinin proqramlarına uyğun hazırlanmış 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll ediblər.

 

Məktəbdaxili yarışmada qalib gələn komandalar fevralın 21-də keçiriləcək rayon mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin II mərhələsində hər rayon üzrə I yeri qazanmış komandalar (ümumilikdə 12 komanda) martın 4-də keçiriləcək müsabiqənin final mərhələsinə qatılacaq. Ən çox bal toplayan ilk  3  komanda qalib sayılacaq.

 

Qeyd edək ki, gənc fiziklərin yaradıcılıq müsabiqəsi məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsi məqsədlərinə xidmət edir.



17.02.2020 | 13:15