İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

 

Həmin gün 3 min 178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

 

Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.  Dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

 

Qeyd edək ki, imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından fevralın 10-dan etibarən çap etməklə götürürlər.

 



14.02.2020 | 16:25