Azərbaycan Tibb Universitetində tibb bacısı ixtisası | |
Azərbaycan Tibb Universitetində (ATU) ilk dəfə olaraq tibb bacısı ixtisası üzrə təhsil veriləcək.
Qeyd edək ki, indiyə kimi universitetdə belə bir ixtisas yox idi. Sağlamlıqla bağlı ortaya çıxan problemlər, gündəlik həyatda zəruri tibbi yardıma artan ehtiyac keyfiyyətli təhsil verən bu ali məktəbdə belə bir ixtisasın da yaradılmasını diqtə edirdi.
ATU rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində tibb bacısı üzrə bakalavr səviyyəsində ixtisas açmaq istiqamətində addımlar atıb.
Yeni ixtisas üzrə təhsil alanlar peşəkar tibb bacıları kimi yetişdiriləcək. Bu ixtisası seçən gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etika qaydalarına riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq.
|
|
12.02.2020 | 16:27 | |
|
|
|