“Ağıllı büdcə” layihəsinin yekun mərhələsi | |
Məktəblilərin maliyyə savadlılığının artırılmasına xidmət edən “Ağıllı büdcə” layihəsinin yekun mərhələsi keçirilib.
Layihənin yekun mərhələsində şagirdlərə maliyyə savadlılığı üzrə əldə etdikləri bilikləri poster üzərinə köçürərək təqdim etmək, yaradıcı düşünmə bacarıqlarını artırmaq və gənclər arasında maliyyə savadlılığını təşviq etmək imkanı yaradılıb.
Yarışın bu mərhələsində paytaxt üzrə 10 ümumi təhsil müəssisəsinin VII, VIII, IX sinif şagirdləri iştirak edib.
Təhsil Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin ilk mərhələsində 314 nəfər Bakı məktəblisi interaktiv oyun ilə büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət kimi anlayışlar ilə tanış olub və bu istiqamətdə praktiki bacarıqlarını təkmilləşdiriblər.
“Ağıllı büdcə” layihəsinin yekun mərhələsi olan “Poster” yarışında 30 komandadan ibarət 180 nəfər gənc iştirak edib. Komandalar maliyyə savadlılığı sahəsi üzrə pul və əmək, büdcə planlaşdırılması, bank xidmətləri, vergi, sığorta, pensiya kimi mövzulara aid şüarlar əsasında posterlərini təqdim ediblər.
Şagirdlərin hazırladığı posterlər altı nominasiya üzrə qiymətləndirilib. Hər nominasiya üzrə qalib olan komandalara Mərkəzi Bank tərəfindən hədiyyələr təqdim olunub.
Bundan əlavə Münsiflər heyəti kreativ yanaşma, maraqlı dizayn, mesajın aydınlığı, işi təqdim etmə qabiliyyətinə görə qiymətləndirmə apararaq 4 ən yaxşı poster hazırlayan komandaya sertifikat və hədiyyələr təqdim edib. |
|
10.02.2020 | 11:33 | |
|
|
|