Sambo üzrə açıq birincilik başa çatıb

3-5 fevral 2020-ci il tarixlərində sambo idman növü üzrə 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.

 

Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri və idman klublarından 10 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb.

 

Hər yaş qrupunda 10 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında 2005-2006-cı il təvəllüdlü idmançılar arasında I yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, II yerə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yerə isə “Təhsil” RİM-in 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə “Təhsil” RİM-in 6 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası I, “Təhsil” RİM-in 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası II, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası isə III yerə layiq görülüb.

 

Qaliblər medal və diplomlarla təltif ediliblər.

 

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, yarış təcrübəsinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.



07.02.2020 | 14:59